• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Dövlət İmtahan Mərkəzi tərəfindən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Prezident Təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya” mövzusunda tədbir keçirilib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      02.11.2023 02:10

      “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planı”na uyğun olaraq 20 oktyabr 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Prezident Təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya” mövzusunda tədbir keçirilib.

      Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev,  DİM-in Direktorlar Şurasının sədr müavini Namiq Babayev, ali təhsil müəssisələrinin rektorları, 2001 və 2002-ci illərdə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş və ümummilli lider H.Əliyevlə görüşən ilk Prezident təqaüdçüləri, 2023-cü ildə keçirilmiş qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərmiş və Prezident təqaüdünə layiq görülən birinci kurs, həmçinin ali təhsil müəssisələrinin Prezident təqaüdünü qoruyub saxlayan yuxarı kurs tələbələri və qəbul nəticələri yüksək olan ümumtəhsil müəssisələrinin direktorları iştirak ediblər.

      Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra ümummilli lider H.Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, 2023-cü il Azərbaycan tarixində ən əlamətdar il kimi yaddaşlarda qalacaq. “Bu il həm “Heydər Əliyev İli”, həm də Azərbaycan dövlətinin öz torpaqlarında suverenliyini tam bərpa etdiyi ildir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirmişdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir ki, bu da cənab Prezidentə nəsib oldu. Bu qələbənin təmin olunmasında ən yeni texnologiyalarla təchiz edilmiş milli ordumuzla yanaşı, yüksəkixtisaslı kadr potensialı, intellektual ordumuz da rol oynamışdır. Burada əyləşənlər də elə bizim intellektual ordumuzun nümayəndələridirlər”.

      M.Abbaszadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 oktyabr 2023-cü il tarixində imzaladığı Sərəncamla bu il keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayan 102 nəfər Prezident təqaüdünə layiq görülən tələbələri təbrik edib və onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.

      Daha sonra sədr DİM-in “İlk Prezident təqaüdçüləri” layihəsi, onlar haqqında nəşr olunan kitab, eləcə də çəkilən film haqqında danışıb. “2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar olaraq, 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülən və Heydər Əliyevlə görüşən şəxslərin hər birindən ayrıca müsahibə almışıq. Bu gün təqdim olunan filmdə həmin görüşlər zamanı Heydər Əliyevin söylədiyi müdrik kəlamlar, eləcə də həmin müsahibələrdən fraqmentlər əks olunub. Bizim “zaman maşını” ilə təqribən 20 il əvvələ qayıtmaq imkanımız var və biz o görüşləri, təəssüratları yenidən xatırlayacağıq. Onlar hazırda nə işlə məşğuldurlar, kimdirlər, onlara göstərilən etimadı doğrulda biliblərmi, bir şəxsiyyət və dövlət xadimi kimi Heydər Əliyev haqqında düşüncələri, indiki gənclərə tövsiyələri nədən ibarətdir? – bu suallara cavabı onlardan eşidəcəyik”, – deyə Sədr bildirib.

      Ardınca “İlk Prezident təqaüdçüləri” filmi nümayiş etdirilib.  

      Tədbirdə çıxış edən Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, Akademik Kamal Abdulla yeni Prezident təqaüdçülərini təbrik edib. K.Abdulla universitet həyatının tələbələrin ümidlərini doğruldacağına və uğur yollarının başlanğıcı olacağına əmin olduğunu qeyd edib: “Bu dövr ərzində insan gələcək planlarını qurmalı, qarşısına məqsədlər qoymalı və bu məqsədlərə doğru hərəkət etməlidir. Tələbəlik mübarizələrlə dolu həyata hazırlıq dövrüdür”. K.Abdulla 2023-cü ilin xüsusi il olduğunu, suverenliyimizin bərpa olunması ilə Cənab Prezident İlham Əliyevin xalqımıza qürur hissi bəxş etdiyini vurğulayıb.

      Digər çıxışçılar Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi Tamara Ağarzayeva təhsilində uğur qazanmış, yüksək nəticə göstərmiş tələbələr üçün Prezident təqaüdünün təyin olunmasının onları öz üzərində işləməyə, inkişafa sövq etdiyi və əlavə motivasiya verdiyi, ikinci Qarabağ müharibəsi qazisi Xüsusi təyinatlı qüvvələr mənsubu Elvin Vəliyev isə dövlət tərəfindən müharibə iştirakçılarının təhsilinə göstərilən diqqət və qayğı haqqında danışıb.

      Qeyd edək ki, tədbir boyunca Azərbaycan Respublikasının xalq artisti Simarə İmanova, Opera və Balet Teatrının solisti, Əməkdar artist Fərid Əliyev, tar ifaçısı Əməkdar artist Şəhriyar İmanov, vokalist Rauf Məmmədzadə ulu öndər Heydər Əliyevin sevdiyi və ona həsr olunan mahnılardan ibarət musiqi parçaları ifa ediblər. Tədbirdə həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri milli rəqslərimizi təqdim ediblər.

      Tədbirin sonunda Prezident təqaüdçüləri ilə xatirə şəkli çəkdirilib.


      Foto
      • 1
      • 2
      • 1
      • 2

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram