Dövlət İmtahan Mərkəzi DAAD-ın Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Alman dili üzrə qiymətləndirilmə alətlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsindəki onlayn təlim proqramını uğurla tamamlayıb. Təlimə müxtəlif orta və ali təhsil müəssisələrinin alman dili müəllimləri cəlb edilib. Qeyd edək ki, təlim iştirakçıları müsabiqə yolu ilə seçilib və təlimi uğurla tamamlayan iştirakçılarla DİM alman dili üzrə yoxlama-ölçmə materiallarının hazırlanması istiqamətində əməkdaşlıq edəcək.
Təlim proqramının iştirakçıları aşağıdakı mövzulara dair bilik və bacarıqlar əldə ediblər:
- Dil bacarıqlarının qiymətləndirilməsində nəzəri anlayışlar;
- Dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) dil bacarıqlarının qiymətləndirilməsinə tətbiqi;
- Qrammatikanın və lüğət bazasının qiymətləndirilməsi;
- Fərqli CEFR səviyyələri üzrə oxu, dinləmə, yazı və şifahi nitqin qiymətləndirilməsi.
“Alman dili üzrə qiymətləndirilmə alətlərinin təkmilləşdirilməsi” layihəsi üzrə təlimçi dilin qiymətləndirilməsi üzrə mütəxəssis, Almaniyanın Rur Universitenin müəllimi Anna Soltyska olub.