Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursları Bakı şəhərindən qeydiyyatdan keçənlər üçün DİM-in əsas binasında əyani (Akademik Həsən Əliyev küçəsi 299), bölgələrdən qeydiyyatdan keçənlər üçün isə onlayn formatda keçirilib.
Moderatorlar – informatika fənni üzrə Fikrət İbiyev, Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, kimya fənni üzrə Elşad Abdullayev, fizika fənni üzrə Əlövsət Rəcəbli, rus dili fənni üzrə Viktoriya Sadıqova, biologiya fənni üzrə Nailə Əliyeva, tarix fənni üzrə Hafiz Cabbarov, riyaziyyat fənni üzrə Aqşin Abdullayev, coğrafiya fənni üzrə Nərminə Seyfullayeva və ingilis dili fənni üzrə Nərminə Əliyeva hazırlıq kurslarının ikinci və üçüncü məşğələlərində ölkədə bilik və bacarıqların yoxlanılmasında tətbiq olunan qiymətləndirmə formaları və imtahanlarda istifadə edilən tapşırıqların tipləri haqqında təqdimatla çıxış ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursları növbəti həftə davam etdiriləcəkdir.