İşçi qruplarının iclaslarında aşağıdakı gündəlik məsələlər müzakirə olunub:
– Fizika fənnindən 4 iyun 2022-сi ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının;
– Rus dili (tədris dili) fənnindən isə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə 16 aprel 2022-ci ildə buraxılış imtahanında istifadə edilmiş və açıqlanmış bir variantın müzakirəsi olub.
Tapşırıqlar imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib.
Fizika fənni üzrə işçi qrupunun üzvləri müzakirəni başa çatdırmış və imtahanda istifadə edilmiş tapşırıqlar barədə yekun rəy vermişlər.
Yekun rəyə görə imtahanda istifadə edilmiş bütün tapşırıqlar fənn kurikulumunun təlim nəticələrinə, qüvvədə olan dərsliklərə və imtahan proqramına tam uyğundur və abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verib. Yalnız bir neçə tapşırığa redaktə xarakterli düzəlişlər edilib.
Fizika fənnindən abituriyentlərin zəif cavablandırdığı tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.
Növbəti həftə müzakirələr davam etdiriləcək.