Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursları həm əyani, həm də onlayn təşkil edilib. Regional bölmələr (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Göyçay, Bərdə, Şəmkir, Xaçmaz) üzrə qeydiyyatdan keçmiş iştirakçılar məşğələlərdə onlayn formatda iştirak ediblər.
Hazırlıq kurslarında moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, informatika fənni üzrə Fikrət İbiyev kurs iştirakçılarının hazırladıqları ev tapşırıqlarının müzakirəsini həyata keçiriblər. Müzakirə zamanı iştirakçılara ev tapşırıqları ilə bağlı təkliflər verilib, fikirlər söylənilib və iştirakçıların sualları cavablandırılıb.
Hazırlıq kursu növbəti həftə davam etdiriləcəkdir.