İşçi qruplarının iclaslarında aşağıdakı gündəlik məsələlər müzakirə olunub:
– Fizika fənnindən 5 iyun 2022-сi il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının;
– Rus dili (tədris dili) və rus dili (xarici dil kimi) fənlərindən isə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə 16 aprel 2022-ci il tarixində buraxılış imtahanlarında istifadə edilmiş və açıqlanmış bir variantın müzakirəsi olub.
Fizika fənni üzrə imtahanda istifadə edilmiş 9 test tapşırığının imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, nominasiyalar və mövzulara uyğunluq baxımından təhlili aparılıb. Müzakirə nəticəsində abituriyentlərin imtahanda zəif cavablandırdığı tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.
Rus dili (tədris dili) və rus dili (xarici dil kimi) fənləri üzrə buraxılış imtahanlarında istifadə edilmiş tapşırıqların müzakirəsi başa çatıb. Müvafiq fənlər üzrə işçi qruplarının rəylərinə görə tapşırıqlar imtahan proqramlarına və dərsliklərə tam uyğun olub. Tapşırıqlarda elmi-metodiki səhvlər yoxdur. Tapşırıqlar vasitəsilə şagirdlərin bilik və bacarıqlarının obyektiv yoxlanılması və qiymətləndirilməsi mümkün olub.
İclaslarda bildirilmış təklif və düzəlişlər test bankının təkmilləşirilməsi zamanı nəzərə alınacaq.
11 yanvar 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.