6-7 iyul 2021-ci il tarixlərində DİM-də ICDL (International Computer Driving Licence - Beynəlxalq Kompüter İşlətmə Lisenziyası) imtahanının Professional və Workforce proqramları üzrə imtahanı təşkil olunub.
İmtahan 45 dəqiqə müddətində aparılıb və 2 nəfər iştirak edib.
Namizədlər ICDL-in diaqnostika və sertifikat imtahanlarının hər ikisində iştirak ediblər.
Qeyd edək ki, DİM-ə ICDL beynəlxalq imtahanlarının keçirilməsi üçün lisenziya 2020-ci ilin noyabr ayında verilib və DİM Azərbaycanda ICDL imtahanlarını təşkil edən yeganə akkreditasiya olunmuş test mərkəzidir.
ICDL 100-dən artıq ölkədə 14 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan bilik və bacarıqlarını ölçən beynəlxalq dərəcəli sertifikatlaşdırma proqramıdır. Namizədlər ixtisas və peşə tələblərinə uyğun olaraq ICDL-in müvafiq modullarından imtahan verib, sertifikat ala bilirlər.
DİM-də təşkil edilən ICDL imtahanları barədə daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək olar: http://dim.gov.az/activities/exams/ICDL/