30 yanvar 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzində ilk ТРКИ (Тест по русскому языку как иностранному) imtahanı təşkil edilib.
Dördüncü sertifikat səviyyəsini (ТРКИ-IV / C2) seçmiş namizəd üçün imtahan onlayn qaydada keçirilib. İmtahan nəticələri 7 iş günündən sonra email vasitəsilə namizədə göndəriləcəkdir.
Qeyd edək ki, hazırda Azərbaycanda yeganə fəaliyyət göstərən ТРКИ - beynəlxalq rus dili imtahanının rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.
İmtahana qeydiyyat və digər məsələlərlə bağlı daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.