ICDL 100-dən artıq ölkədə 14 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan bilik və bacarıqlarını ölçən beynəlxalq dərəcəli sertifikatlaşdırma proqramıdır. Namizədlər ixtisas və peşə tələblərinə uyğun olaraq ICDL-in müvafiq modullarından imtahan verib, sertifikat ala bilirlər.
ICDL imtahanlarının aşağıdakı 4 kateqoriyası mövcuddur:
- ICDL Workforce
- ICDL Professional
- ICDL Digital Student
- ICDL Digital Citizen
ICDL-in yuxarıda qeyd olunan kateqoriyalara uyğun imtahanlar haqqında məlumatı proqramlarının üzərindən keçid etməklə müvafiq modullara daxil olub, əldə etmək mümkündür.
ICDL sertifikatının üstünlükləri:
- ICDL sertifikatı işəgötürənlər və təşkilatlar tərəfindən beynəlxalq səviyyədə tanınır;
- ICDL modulları kompüter istifadəçiləri, İT mütəxəssisləri və beynəlxalq təcrübəli proqram mühəndisləri tərəfindən hazırlanmışdır.
- ICDL modulları rəqəmsal bacarıqların əldə edilməsinə və anlayışların başa düşülməsinə yönəlmişdir;
- ICDL sertifikatı ilə namizədlər müasir iş yerlərində rəqəmsal bacarıqlarından rahatlıqla istifadə edə bilir;
- CDL təsdiqlənmiş Keyfiyyət Təminatı Standartlarına (QAS) malikdir və müntəzəm keyfiyyət yoxlamaları daxili və xaricdən aparılır.
Qeyd edək ki, ICDL imtahanlarının tanınması aşağıdakı müxtəlif qurumlar tərəfindən təsdiq olunmuşdur:
1. “The European Digital Competence Framework” sənədi UNESCO-nun müvafiq hesabatında rəqəmsal səriştəlilik bacarıqlarının qiymətləndirməsi üçün istifadə olunub. Hesabatda hər bir alət üçün öyrənmə nəticələri “DigComp”-un 21 səriştəsi ilə müqayisə edilmişdir. Qiymətləndirilən bütün alətlər arasında ICDL Digcomp-da verilən öyrənmə nəticələrinə ən yaxın alət kimi qeyd olunmuşdur.
2. ICDL 2017-ci ildə Təhsildə Beynəlxalq Texnologiya Cəmiyyəti (ISTE) tərəfindən tanınmışdır.
3. Amerika Təhsil Kollecinin Tövsiyə Xidməti (ACE CREDIT®) ICDL imtahanlarının beş modulu üçün kollec kreditini qiymətləndirərək tövsiyə etmişdir.
Qeyd edək ki, DİM Azərbaycanda ICDL imtahanlarını təklif edən yeganə akkreditasiya olunmuş test mərkəzidir.
DİM-də keçiriləcək ICDL beynəlxalq imtahanı haqqında daha ətraflı məlumatla verilmiş keçiddən tanış olmaq mümkündür.