Перевод на русский язык приведен ниже
Dövlət İmtahan Mərkəzində Rusiya Federasiyasının Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
2021-ci il 27 noyabr tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və digər məsul əməkdaşlar ilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Tədbirdən öncə iştirakçılar DİM-in binasında yerləşən Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ulu öndərin xatirəsini yad ediblər.
Görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə son illər Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında təhsilin qiymətləndirilməsi və elmi-tədqiqat işlərinin aparılması istiqamətində bir sıra nailiyyətlərin əldə edilməsini qeyd edib. Belə ki, DİM xarici dil kimi rus dili fənni üzrə abituriyentlərin bilik və bacarıqlarının qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Rusiyanın Sankt-Peterburq Dövlət Universiteti ilə, Azərbaycanın təhsildə qiymətləndirmə və qəbul modelinin dünyada işıqlandırılması məqsədilə Rusiyanın Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universiteti ilə, həmçinin imtahan suallarının tərtibi üzrə təcrübə mübadiləsi aparmaq məqsədilə Təhsildə Keyfiyyətin Monitorinqi üzrə Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edir.
Öz çıxışında Məleykə Abbaszadə iki ölkə arasında bağlanmış beynəlxalq müqavilələr əsasında Rusiyanın müvafiq ali təhsil müəssisələrinə ilkin seçim mərhələsinin DİM tərəfindən keçirilməsi, DİM əməkdaşlarının Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi üzrə Avrasiya Assosiasiyasının (EAOKO) tədbirlərində iştirakı və onlayn olimpiadaların keçirilməsinə dəstək kimi məsələləri də vurğulayıb.
Daha sonra DİM-in Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamentinin müdiri Oleq Şelaginov imtahan nəticələrinin elmi-statistik analizi, yazı işlərinin qiymətləndirilməsi texnologiyası, qiymətləndirmə prosesinin mərhələləri, markerlərin və qiymətləndirmə meyarlarının hazırlanması haqqında təqdimat edib.
Qonaqlar qapalı şəraitdə sual kitabçalarının çap edilməsi prosesi ilə də yaxından tanış olublar, həmçinin onlara Azərbaycanda qiymətləndirmə sisteminin yaradılmasından bu günə qədər aparılan işlərə dair DİM-in muzeyində ekspozisiya təqdim olunub.
Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Sergeyev qeyd olunan işləri müsbət qiymətləndirib və təhsilin qiymətləndirilməsi sahəsində ölkələrarası əməkdaşlığın davam etdirilməsi, bu sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiq olunması və digər sahələrdə həyata keçirilən işlərə dəstək göstərməyə daim hazır olduğunu bildirib.
Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün müzakirələrin davam etdirilməsinin vacib olduğunu vurğulayıblar.
В Государственном Экзаменационном Центре прошла встреча с делегацией во главе с президентом Академии наук Российской Федерации Александром Сергеевым.
27 ноября 2021 года состоялась встреча председателя совета директоров Государственного Экзаменационного Центра (ГЭЦ) Малейки Аббасзаде и других ответственных сотрудников ГЭЦ с находящейся в Азербайджане делегацией Академии наук Российской Федерации во главе с президентом Александром Сергеевым.
Перед началом мероприятия участники возложили цветы к бюсту Гейдара Алиева в здании ГЭЦ, чтобы почтить память великого лидера.
Председатель совета директоров ГЭЦ Малейка Аббасзаде отметила, что за последние годы Азербайджанская Республика и Российская Федерация достигли ряда успехов в области оценивания и исследований образования. Так, ГЭЦ в целях совершенствования механизмов оценки знаний и навыков учеников по предмету «Русский язык как иностранный» сотрудничает с Санкт-Петербургским государственным университетом, с целью освещения деятельности ГЭЦ в области оценки образования и приёма в вузы и ссузы - с Национальным исследовательским университетом «Высшая школа экономики» (НИУ ВШЭ), а также для обмена опытом по составлению экзаменационных вопросов - с Научно-исследовательским институтом мониторинга качества в образовании.
В своем выступлении Малейка Аббасзаде также подчеркнула деятельность ГЭЦ в проведении предварительного отбора студентов в ряд российских вузов на основе международных соглашений между двумя странами, участие сотрудников ГЭЦ в мероприятиях Евразийской ассоциации оценки качества образования (EAOKO) и поддержку проведения онлайн-олимпиад.
Затем Олег Шелагинов, руководитель департамента статистических исследований, научного проектирования и инноваций ГЭЦ, выступил с докладом о научно-статистическом анализе результатов экзаменов, технологиях оценки письменных работ, этапах процесса оценивания, подотовке маркеров и разработке критериев оценивания.
Гости ознакомились с процессом печати тестовых книжек в закрытых условиях, а также с экспозицией о развитии системы оценивания в Азербайджане с момента создания по наши дни в музее ГЭЦ.
Глава российской делегации Александр Сергеев высоко оценил деятельность ГЭЦ и сказал, что всегда готов поддержать работу по продолжению международного сотрудничества в области оценки образования между двумя странами, обмену опытом в этой сфере, внедрению новых методов оценивания и другим вопросам.
Стороны подчеркнули важность продолжения обсуждений для расширения сотрудничества.