7 iyun tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) hər iki binasında keçiriləcək SAT imtahanına qeydiyyat davam edir.
İmtahanın keçirildiyi ünvanlar:
- Akademik Həsən Əliyev küçəsi, 299 (TC 60129)
- Süleyman Sani Axundov küçəsi, 50 (TC 56582)
İmtahana qeydiyyatdan keçmək istəyən namizədlər “College Board”-un rəsmi saytına keçid edərək (https://satsuite.collegeboard.org/sat/registration) hesab yaratmalı və yuxarıda qeyd edilən DİM-in test mərkəzlərindən birini seçərək qeydiyyatı tamamlamalıdırlar.
İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq tələb olunan aşağıdakı sənəd və vasitələrlə birlikdə qeydiyyatdan keçdikləri imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. Buraxılış vərəqəsi – “Admission Ticket”;
3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).
Qeyd edək ki, 7 iyun SAT imtahanının iştirakçıları imtahan tarixindən beş gün əvvəl Bluebook-da yaradılmış şəxsi hesablarına daxil olmalı və imtahanın qurulmasını (test set up) başa çatdırmalıdırlar. Bu prosesin sonunda imtahan iştirakçılarına “Buraxılış vərəqəsi” onlayn qaydada təqdim ediləcəkdir.
Faydalı keçidlər:
- Rəqəmsal SAT barədə DİM-in rəsmi internet səhifəsində ətraflı məlumat: https://dim.gov.az/news/10794/?sphrase_id=1375305
- Rəqəmsal SAT barədə “College Board”un rəsmi internet səhifəsində ətraflı məlumat: https://satsuite.collegeboard.org/digital
2025-ci ildə SAT imtahanının DİM-in hər iki binasında aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:
- 7 iyun
- 23 avqust
- 13 sentyabr
- 4 oktyabr
- 8 noyabr
- 6 dekabr
Əlavə sual yarandığı halda qeyd olunan elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz: international@dim.gov.az