Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə mayın 8-də Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib.
Dövlət İmtahan Mərkəzinin əməkdaşları ümummilli liderin ruhu qarşısında baş əyib, məzarı üzərinə gül dəstələri düzüb, əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.