30 may 2025-ci il tarixində Energetika Nazirliyinin əməkdaşları üçün “Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib.
Təlim zamanı Mərkəzin Hüquqi təminat sektorunun böyük məsləhətçisi Cavid Cəərçiyev iştirakçılara xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması, dövlət orqanlarının kateqoriyasına uyğun olaraq vakant inzibati vəzifələrin tutulmasının ümumi şərtləri, habelə həmin vəzifələr üzrə tələb olunan sertifikatlar (vəzifə qrupu və alt qrupu), hər bir vakant inzibati vəzifənin tutulması üçün keçirilən müsabiqələrin növləri, “Dövlət qulluğu haqqında” Qanuna edilən cari dəyişikliklər (əsasən də inzibati vəzifələrin təsnifatında edilən dəyişikliklər) və digər məsələlər barədə məlumat verib.
Təlimin sonunda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.