Dövlət qulluğuna qəbul üzrə müsabiqənin İnformasiya texnologiyaları və Qanunvericilik üzrə test imtahanı proqramlarına müəyyən dəyişikliklər edilib. Belə ki, Elektron dövlət bölməsindəki bəzi mövzular qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq yeniləri ilə əvəz edilmiş, həmçinin “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu “Qanunvericilik” üzrə proqrama tam şəkildə daxil edilməklə, “İnformasiya texnologiyaları” üzrə proqramdan çıxarılıb.
Proqramlarla buradan tanış ola bilərsiniz.
Qeyd: Müvafiq dəyişiklik dekabr ayından etibarən keçiriləcək imtahanlara şamil olunacaq.