Dövlət İmtahan Mərkəzi 16 oktyabr 2025-ci il tarixində inzibati vəzifələrin B növünə aid BB altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanı imtahanı keçirib.
Bu imtahanda iştirak etmək üçün 550 nəfər qeydiyyatdan keçib. İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunub.
İmtahan kompüterlər vasitəsilə elektron formada keçirilib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 508 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 10 nəfər, BB2 altqrupu üzrə 24 nəfər, BB3 altqrupu üzrə 34 nəfər, BB4 altqrupu üzrə 53 nəfər olmaqla, ümumilikdə 121 namizəd uğur qazanıb.
Qeyd edək ki, imtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası 17, 20 və 21 oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.