30 may 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin inzibati binasında Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən Ədliyyə Nazirliyinin əməkdaşları üçün “Dövlət qulluqçuları üçün etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə” mövzusunda onlayn təlim təşkil olunub.
Təlim zamanı iştirakçılar etik davranış qaydaları ilə tanış olmuş, korrupsiyaya qarşı mübarizə, subyektlər, maddi xarakterli tələblər, səlahiyyətli struktur bölmə, ixtisaslaşmış orqanlar, və s. mövzularda nəzəri və praktiki biliklərə yiyələniblər.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.