• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      IAEA 2019 konfransı sessiyalarla davam edir (YENİLƏNİB)

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransı sessiyalarla davam edib

      23.09.2019 21:40

      Konfrans çərçivəsində "İbtidai təhsildə test", "Dil biliklərinin qiymətləndirilməsi", "Qiymətləndirmə sistemləri", "Sinif qiymətləndirməsi", "Qiymətləndirmə fəlsəfələri" mövzularında sessiyalar keçirilib.

      Sessiyalarda çıxış edənlər mövzularla bağlı apardıqları araşdırmaları və təmsil etdikləri ölkələrin təcrübəsini bölüşüblər.

      Niderlandın Cito təhsilin ölçülməsi institutundan Frans Kleintjes təlim nəticələrini artırmaq üçün şagirdlərin monitorinq sisteminin Kürasaoda tətbiqindən danışıb.

      Dövlət İmtahan Mərkəzinin əməkdaşları Məhəmməd Adıgözəlov və İlahə Gülalıyeva "5-6 yaşlı uşaqların intellektual inkişaf səviyyəsini müəyyənləşdirmək üçün testin hazırlanması" mövzusunda çıxış ediblər. Qeyd olunub ki, praktik psixoloqlar üçün metodik ədəbiyyatın əksəriyyətində çox vaxt düzgün sınaqdan keçirilməmiş alətlər yer alır. Digər tərəfdən, bəzi mütəxəssislər və məktəblər uşaqlara diaqnoz qoymaq üçün xarici norma və standartları tətbiq edirlər.

      Diqqətə çatdırılıb ki, tədqiqat zamanı mövcud zəka testləri nəzəri və metodoloji təhlil edilib, məktəbdə uşaqların psixoloji problemlərinə aydınlıq gətirilməyə çalışılıb. Araşdırma zamanı məktəb yaşı çatmamış uşaqların zehni inkişafının ümumi qəbul edilmiş quruluşundan, intellektual inkişaf səviyyəsinin hərtərəfli diaqnozu üçün metodologiyadan, valideynlər və müəllimlər üçün ayrıca anketlərdən istifadə edilib, sosial-psixoloji amillər nəzərə alınıb.

      "Dil biliklərinin qiymətləndirilməsi" sessiyasında qiymətləndirmədə və rəqəmsal savadda istifadə olunan dilin araşdırılması, qlobal miqyasda ingilis dili və Çin dili standartlarının müqayisəli təhlili istiqamətində müzakirələr aparılıb. Həmçinin sessiyada Kembric Qiymətləndirmə departamentindən Daniel Broker və Dövlət İmtahan Mərkəzindən Vəli Hüseyn "Qiymətləndirmə və qərar qəbulu: ingilis dilinin qiymətləndirilməsi üzrə Kembric və Azərbaycan arasında bilik mübadiləsi və əməkdaşlıq" mövzusunda təqdimat ediblər.

      "Qiymətləndirmə sistemləri" sessiyasında Dövlət İmtahan Mərkəzinin əməkdaşı Pərviz Kazımov "Fərdi, institusional və ümummilli qərar qəbulu üçün inteqrasiya olunmuş qiymətləndirmə sistemi ilə əldə edilən məlumatlardan səmərəli istifadə yolları" mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi orta məktəblərin buraxılış imtahanları, universitetlərə qəbul, habelə dövlət qulluğuna namizədlərin seçimi daxil olmaqla kompleks qiymətləndirmə sistemini idarə edir. Qurumun fəaliyyətinin ilk mərhələlərində mərkəzləşdirilmiş imtahan sisteminin yeganə məqsədi universitetlər üçün tələbələrin qərəzsiz seçilməsini təmin etmək olsa da, sonradan fərdi və institusional qərar qəbulu üçün nəhəng məlumat istehsalı platformasına çevrilərək texniki və tədqiqat potensialını artırıb. Platforma namizədlər və təşkilatlar daxil olmaqla bütün maraqlı tərəflərin tələblərini uyğunlaşdırmaq üçün hazırlanıb. Çeviklik, texnologiyaya əsaslanan dizayn və elmi yanaşma, sistemin fasiləsiz və bəzən fərdi və institusional potensialın artırılmasına yönəlmiş müsbət dəyişikliklərin və yeniliklərin hərəkətverici qüvvəsi kimi çıxış etməsinə imkan verir.

      Dövlət İmtahan Mərkəzi tərəfindən idarə olunan mütəxəssislər və müəllimlər şəbəkəsi müxtəlif qiymətləndirmə vasitələrini inkişaf etdirir, təhsil müəssisələrinin, dövlət qurumlarının və şəxslərin xüsusi tələblərinə uyğun olaraq qiymətləndirmə prosedurlarını idarə edir. 2016-cı ildən Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna namizədlərin seçilməsini idarə etməyə başlayıb. Bu, ali təhsil səviyyəsində qiymətləndirmənin təsdiqlənməsi və universitet təhsilinin real karyera tələbləri ilə uzlaşdırılması üçün yeni perspektiv açır.

      "Sinif qiymətləndirməsi" sessiyasında Azərbaycan Müəllim İnkişaf Mərkəzinin direktor müavini Xədicə Cəfərova "Sinif qiymətləndirmələrindən istifadə etməklə tədris haqqında əsaslandırılmış qərar qəbulu" mövzusunda çıxış edib. Diqqətə çatdırıb ki, yeni qiymətləndirmə sistemini mənimsəmək və faydalarını artırmaq üçün dəqiq konsepsiya hazırlanmalıdır. Bu sənəd sinif qiymətləndirmələrinə konseptual səviyyədə baxır və tədris praktikasının təkmilləşdirilməsi məqsədilə qərar verməkdə rolunu təhlil edir. Beləliklə, diaqnostik və formativ qiymətləndirmələrə dinamik baxılır (məlumatların toplanması, təfsiri və bundan sonra nə ediləcəyi barədə qərar); summativ qiymətləndirməyə statik baxılır (tələbənin akademik fəaliyyətinin vahid, dövlət standartları və s. baxımından qiymətləndirilməsi).

      "Qiymətləndirmə fəlsəfələri" sessiyasında toxunulan problemlərdən biri "IQ testlərində məntiq sualları nə qədər məntiqlidir?" mövzusu olub. Bu barədə çıxış edən ADA Universitetindən Yaqub Əliyev sualların determinist (bilik və bacarıqlar əsasında həll edilə bilən) və ehtimal olunan (şansın olması ilə həll edilə bilən) növlərinə diqqəti çəkib. Bildirib ki, şans elementləri olan məntiq suallarından qəbul və ya buraxılış imtahanlarında, işə qəbul testlərində istifadə etmək düzgün deyil.

      Günün davamında “Qiymətləndirmənin yoxlanılması sistemləri, “Qiymətləndirmənin tərtib olunması”, “İbtidai təhsildə test”, “Müəllimlərin sertifikasiyası”, “Qərar qəbuletmə” mövzularında sessiyalar keçirilib.

      Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova “Müəllim standartları rubrikaları əsasında müəllim peşə inkişafının müəyyənləşdirilməsi” mövzusunda məruzə edib. O, 2014-2015-ci illərdə Azərbaycanda ilk dəfə olaraq müəllim standartları hazırlandığını xatırladıb. Diqqətə çatdırıb ki, hər alt standartlarla əlaqəli rubrikalar müəllimlərə peşəkar inkişafını dörd səviyyəyə görə qiymətləndirməyə imkan verir: az təcrübəli, təcrübəli, peşəkar və lider. Rubrikalardan istifadə edərək müəllimlər karyera pillələrində təcrübələrini qiymətləndirmək və həmkarlarından rəy almaq üçün əsas sahələri müəyyən edə bildilər. Tədqiqat göstərdi ki, hazırlanmış rubrikalardan həm müəllimin peşə səviyyəsini qiymətləndirmək, həm də peşəkar inkişaf ehtiyaclarını müəyyən etmək, müəllimin məktəb rəhbərliyi və ya hökumət tərəfindən dəstəklənə biləcəyi ən vacib sahələri aydınlaşdırmaq üçün istifadə edilə bilər.

      Sessiyalarda “Dəyişən məlumatlar: qiymətləndirmələrin qiymətləndirilməsi üçün çərçivə”, Avtomatik qiymətləndirmə sistemini necə dəyərləndirmək olar?”, “İmtahan keyfiyyətinin təmin olunmasına dair RCEC təşkilatının dəyərləndirmə sistemi”, “Yüksək səviyyə üçün çoxmərhələli testin hazırlanması və inkişafı”, “PISA 2021 və ondan kənarda: yaradıcı düşüncə üçün innovativ təlim və qiymətləndirmə həllərinin dizaynı və inkişafı”, “Oxu üzrə birinci sinif skrininq testi üçün predmetlər hazırlanması: baza testi”, “Kompüterləşdirilmiş ssenari əsaslı qiymətləndirmədə fərqli test kontekstinin rolu” və digər mövzularda məruzələr dinlənilib.

      IAEA 2019 beynəlxalq konfransı sentyabrın 27-dək davam edəcək.

      Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.

       

       


      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram