• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      IAEA 2019 konfransı sessiyalarla davam edir (YENİLƏNİB)

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik toplantısı (IAEA 2019) sessiyalarla davam edir

      26.09.2019 03:25

      Konfrans çərçivəsində “Qiymətləndirmə standartları”, “Testdə keyfiyyətin təmin olunması”, “Seçim üçün qiymətləndirmə”, “Qiymətləndirmə islahatları”, “Qiymətləndirmənin tətbiqi modelləri”, “Qəbul proqnozları” mövzularında sessiyalar keçirilib.

      Sessiyalarda “Çoxsahəli imtahan administrasiyaları üçün standartlaşmanın və ədalətin təmini: Ağa Xan Universiteti imtahan komissiyasının təcrübəsində” (Pakistan), “Səudiyyə Ərəbistanında 2018-ci ildə təhsil nəticələrinin milli qiymətləndirilməsi standartları”, “Qiymətləndirmə texnikasını tətbiq etməkdə sosial məsuliyyət” (Nigeriya) mövzularında çıxışlar dinlənilib.

      “Testdə keyfiyyətin təmin olunması” sessiyasında Dövlət İmtahan Mərkəzinin əməkdaşları Adıgözəl Həbibov və Elmir Məmişov tərəfindən “Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak edən zal nəzarətçilərinin fəaliyyətlərinin qiymətləndirilməsi və təhlili” mövzusu təqdim edilib. Təqdimatda nəzarətçilərin imtahana təyinatı zamanı qoyulan tələblər, onların imtahan zamanı imtahan rəhbərləri tərəfindən qiymətləndirilməsi meyarları diqqətə çatdırılıb. Bununla yanaşı, imtahanda baş verən qayda pozuntularının müəyyənləşdirilməsi metodu, köçürmələrin araşdırılması və nəticələri nəzarətçinin cəlb edildiyi rayon, tədris etdiyi fənn, imtahan iştirakçılarının yaş tərkibi, nəzarətçilərin imtahan təcrübəsi kimi parametrlər əsasında müqayisəli təhlil edilib. Həmçinin nəzarətçinin hər bir imtahanda əsas parametrlər üzrə əldə etdiyi nəticələrin vahid bazada birləşdirilərək nəzarətçilərin fəaliyyətinin illik yekun analizi aparılıb. Təqdimatda yekun analizin və əvvəlki illərdə əldə olunan fəaliyyət nəticələrinin birlikdə nəzərə alınması ilə ən yaxşı nümunələrin seçilməsi və zal nəzarətçilərinin fəaliyyətinin motivasiya edilməsi, təhlil nəticələrinin nəzarətçilərin seçimində, onların imtahan prosesinə hazırlıq təlimlərində və imtahana təyinatında nəzərə alınması diqqətə çatdırılıb.

      Nəticədə nəzarətçilərin fəaliyyətinin təhlilindən əldə olunan nəticələrin davamlı izlənməsinin bir-birindən müxtəlif parametrlərə görə (imtahanların məqsəd, məzmun, format, kontingentin sayı, imtahan mərkəzlərinin regional paylanması; iştirakçıların yaş, gender tərkibi, təhsil səviyyəsi; sağlamlıq imkanları məhdud kontingentin iştirakı) fərqlənən imtahanların təşkili və idarə edilməsi ilə bağlı keyfiyyət göstəricilərinə təsirləri göstərilib.

      “Seçim üçün qiymətləndirmə” sessiyasında ADA Universitetindən Azər Əbizadə “Azərbaycanda fərqlənmə proqramı nə dərəcədə uğurludur?” mövzusunda çıxış edib. Qeyd olunub ki, 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi bir neçə universitetdə fərqlənmə proqramına başlayıb. Proqramın həyata keçirilməsində məqsəd təkcə qabaqcıl bir tədris proqramı təqdim etmək deyil, eyni zamanda, universitetlərdə mədəniyyətin dəyişdirilməsi idi: tələbələri daha fəal olmaq, beynəlxalq yarışlarda iştirak üçün təşviq etmək, təhsillərini davam etdirmək və s. Bunu nəzərə alaraq, fərqlənmə proqramını müvafiq universitetlərdə fərqlənən tələbələrlə fərqlənməyən tələbələri akademik göstəriciləri, gələcək akademik hədəfləri və məktəbdənkənar tədbirlərdə iştirak etmələri ilə müqayisə edilərək qiymətləndirilir. Azərbaycanda fərqlənmə proqramı yalnız müəyyən dərəcə proqramları üçün mövcud olduğundan, müvafiq dərəcələr üzrə fərqlənmə dərəcəsi alan və fərqlənməyən tələbələr arasında sorğu keçirilib. Akademik göstəricilərə, akademik hədəflərə və məktəbdənkənar bəzi fəaliyyətlərə baxılarkən fərqlənmə sinfinin fərqlənmə dərəcəsindən açıq şəkildə fərqləndiyi özünü göstərir.

      Sessiyada, həmçinin “Ölçmə potensialı: seçim qərarlarında qiymətləndirmələrin istifadəsi”, “Şəxsi elektron qiymətləndirmə platforması: Qazaxıstanda məktəbə qəbul üçün səmərəli istifadə” mövzularında çıxışlar dinlənilib.

      Günün ikinci yarısında “Qiymətləndirmə islahatları”, “Qiymətləndirmənin tətbiqi modelləri”, “Qəbul proqnozları” mövzularında sessiyalar davam edib.

      Sessiyalarda “Qazaxıstan Respublikasında universitetə qəbul üçün qiymətləndirmə vasitəsinin hazırlanması: tarixi və cari vəziyyət”, “Yüksək pay seçimi üçün düşünmə bacarıqlarının qiymətləndirilməsi” mövzularında məruzələr dinlənilib.

      “Qiymətləndirmə islahatları” sessiyasında Dövlət İmtahan Mərkəzinin əməkdaşları Güllüzar Balacanova, Nəsimi Məmmədov, Albert Səmədov Azərbaycanda ali tibb təhsilində (rezidentura təhsilində) Dövlət İmtahan Mərkəzinin rolu” mövzusunda təqdimat ediblər. Qeyd edilib ki, rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır.

      Təqdimatda Azərbaycan Respublikasında rezidentura təhsilinin aparılma qaydaları və onun əhəmiyyəti ilə yanaşı, rezidenturaya qəbul prosesi ətraflı işıqlandırılıb. Rezidenturaya qəbul imtahanının mərhələləri, imtahanlarda istifadə olunan test tapşırıqlarının formaları, imtahanlardan sonra keçirilən müsabiqə və onun nəticələri haqqında məlumat verilib. Dövlət İmtahan Mərkəzinin rezidentura təhsilindəki rolunun imtahanların təşkili ilə məhdudlaşmadığı, ölkəmizdə tibb təhsilinin inkişafı üçün bir çox tədbirlər həyata keçirildiyi vurğulanıb. Bu tədbirlərin sırasına müxtəlif fənlər üzrə rezidenturaya qəbul proqramı əsasında tərtib edilmiş vəsaitlər də daxildir. Tibb təhsilinin qiymətləndirilməsi zamanı aşkar edilən problemlər ekspertlərlə müzakirə edilir, müvafiq tədbirlər planı hazırlanır və həyata keçirilir.

      “Qiymətləndirmənin tətbiqi modelləri” sessiyasında Rəhman Mehrəliyev, Səid Əsgərzadə və Sərxan Quliyev “Azərbaycanda keçirilən müxtəlif formatlı test imtahanlarının müqayisəli təhlili: dövlət qulluğuna qəbul imtahanları” mövzusunda təqdimat ediblər. Mövzuda bəhs edilən və toxunulan əsas məqam ölkəmizdə dövlət qulluğu orqanlarına qəbul üçün keçirilən imtahanların iki formatda – kağız daşıyıcılarla və elektron keçirilməsidir və bu növ imtahan formalarının namizədlərin nəticələri və sualların statistikasında təzahürüdür.

      Çıxışın ilk hissəsində dövlət qulluğuna qəbul üçün keçirilən imtahanlar, o cümlədən imtahan kateqoriyaları, kateqoriyalar arasında əsas fərq, fənlər, sualların sayı, imtahanda istifadə olunan açıq və qapalı sualların formatı kimi məsələlərə nəzər salınb. Bunun ardınca imtahanlarda istifadə olunan proqram təminatlarından və hər iki formatda keçirilən imtahan üçün sualların qapalı şəraitdə hazırlanması prosesindən bəhs edilib. İkinci hissədə hər iki növ imtahanın müqayisəli şəkildə təhlili əsasında onların keçirilmə formasından asılı olaraq müsbət və mənfi cəhətlərə diqqət yetirilib. Üçüncü hissədə imtahan formasından asılı olaraq eyni tipli test tapşırıqlarının və hər iki növ imtahanda iştirak etmiş namizədlərin nəticələrinin müqayisəli təhlili aparılıb və bu statistik göstəricilərə təsir edən əsas amillərə nəzər salınıb.

      Yekun nəticə bizə bunu göstərir ki, dövlət qulluğuna qəbul prosesində test imtahanlarının tətbiqi çox mütərəqqi addımdır. Bu sahədə şəffaflıq təmin olunduğu üçün sahəyə maraq getdikcə artır.

      Sessiyalarda, həmçinin “Alternativ qiymətləndirmələr arasındakı müqayisəni izah edən bir çərçivə”, “Keniyadakı ali məktəblərə tələbə qəbulu və idarəetmə problemləri”, “Universitet tələbələri səviyyəsinin üçüncü qəbul qiymətləri ilə əlaqələndirilməsi: diqqət mərkəzində qiymətləndirmə qərarı” mövzularında məruzələr dinlənilib, müzakirələ aparılıb.

      Xatırladaq ki, “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda konfransda Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir. IAEA-nın üzvü olan Dövlət İmtahan Mərkəzi bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub.

       IAEA 2019 beynəlxalq konfransı sentyabrın 27-dək davam edəcək.   

      Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.                                                                                     

       



      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram