25 və 26 dekabr 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin əməkdaşı Miranə Rüstəmli tərəfindən “İşçilərin fəaliyyətinin qiymətləndirilməsi - müasir qiymətləndirmə metodları” mövzusunda təlim keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak ediblər.
Təlim zamanı iştirakçılara fəaliyyətin qiymətləndirilməsi anlayışı, qiymətləndirmə metodları, qiymətləndirmə prosesi və beynəlxalq təcrübə və tətbiq nümunələri ətraflı şəkildə izah edilib. Eyni zamanda qiymətləndirilmə zamanı edilən səhvlər və problemlər barədə qarşılıqlı müzakirə aparılıb.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.