Dövlət qulluğuna qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 5 iyul 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AC qrupuna və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə növbəti test imtahanı keçiriləcək.
İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı şəhərində təşkil olunacaq.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2026-cı il 19 iyun saat 11:00-dan etibarən aktiv ediləcək. Bu imtahanda 16 iyulda keçiriləcək imtahana yazılan namizədlərin qeydiyyatına icazə verilmir.
Qeyd: Məlumat üçün bildiririk ki, imtahanların keçirilmə qrafikinə uyğun olaraq BB vəzifə qrupu üzrə avqustda keçirilməsi nəzərdə tutulan növbəti test imtahanı avqustun 2-də təşkil olunacaq. Qeydiyyat tarixləri barədə məlumat veriləcək.