Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il iyunun 29-da Naxçıvanda dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçiriləcək.
İmtahanda iştirak etmək üçün 154 namizəd qeydiyyatdan keçib.
İmtahan Naxçıvan şəhər 4 saylı tam orta məktəbdə elektron qaydada keçiriləcək.
Namizədlər bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.
İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
İmtahanların keçirilməsi üçün 1 imtahan rəhbəri, 7 nəzarətçi və 2 buraxılış rejimi əməkdaşı ayrılıb.