Dövlət İmtahan Mərkəzinin Xüsusi növ imtahanların təşkili və idarəedilməsi üzrə sektorunun əməkdaşları tərəfindən 15, 19 və 21 may 2025-ci il tarixlərində musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanlarına cəlb ediləcək zal nəzarətçiləri üçün təlimlər keçirilib.
Təlimlərdə qabiliyyət imtahanlarının xüsusiyətləri haqqında geniş məlumat verilib, imtahanların təşkili və idarə edilməsi ilə bağlı praktiki işlər haqqında izahat aparılıb, imtahanın bütün mərhələlərini özündə əks etdirən təqdimat nümayiş etdirilib. Təlimlər zamanı zal nəzarətçilərinin imtahan müddətində məsuliyyətləri və öhdəlikləri vurğulanıb. Həmçinin xüsusi tapşırıqlar əsasında imtahanda baş verə biləcək hallarla bağlı fikir mübadiləsi aparılıb, 2025/2026-cı tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarında nəzərdə tutulan yeniliklər barədə nəzarətçilərə ətraflı məlumat verilib.
Təlimlərin sonunda iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.