Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, Mərkəz tərəfindən 2025-ci ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçiriləcək.
19-23 may 2025-ci il tarixlərində Babək, Şahbuz, Sədərək, Kəngərli, Şərur, Ordubad, Culfa rayonlarında və Naxçıvan şəhərində qulluq keçən dövlət qulluqçuları üçün “Dövlət qulluğuna qəbul: nəzəri və praktiki məsələlər”, “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” və “Vaxtın idarə edilməsi və effektiv planlama” mövzularında təlimlər keçirilib.
Təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.