7 iyul 2026-cı il tarixində Təsviri sənət istiqamətinin 10-cu (rəngkarlıq) komissiyası üzrə Naxçıvan Dövlət Universitetində keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya komissiyası təşkil ediləcək. Apellyasiya komissiyası 13 iyul 2026-ci il tarixində saat 09:00-dan 13:00-dək fəaliyyət göstərəcək.
|
Tarix |
Vaxt |
Komissiyanın nömrəsi |
Fənn |
Ünvan |
|
13.07.2026 |
10:00-13:00 |
10-rəngkarlıq |
rəsm |
DİM-in Naxçıvan regional bölməsi, Naxçıvan şəhəri, Atatürk küçəsi, 3 |
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.