Bakı Biznes Universitetində Dövlət İmtahan Mərkəzi və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə peşəkar mühasib sertifikatı imtahanları üçün nəzərdə tutulan işçi qrupun ilk iclası keçirilib.
Görüşdə peşəkar mühasib sertifikatı imtahanlarının məzmununun təkmilləşdirilməsi, ali təhsil müəssisələrinin müvafiq kafedralarının pedaqoji heyətinin imtahanlarda ekspert kimi iştirakı, tədris proqramları ilə PMS imtahanları proqramlarının uyğunlaşdırılması və digər istiqamətlərdə müzakirə aparılıb. İclasda birgə fəaliyyət planının hazırlanması və geniş tərkibdə növbəti görüşün keçirilməsi barədə razılıq əldə olunub.