Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən peşakar mühasib sertifikatı imtahanlarında istifadə olunan açıq tipli test tapşırıqlarının qiymətləndirilməsi qaydalarını təqdim edirik.
- Müvafiq xanada cavab doğrudursa: (istər sualın yekun cavabı, istərsə də meyarda ayrılan hər hansı gedişin yekun cavabı) tam bal verilir.
- Müvafiq xanada cavab səhvdirsə:
- Həll yerində doğru cavab alıbsa və müvafiq xanadakı cavabın səhv olduğunu bildirməyibsə, 80% bal verilir;
- Hesablamanı daha irəli apararaq səhv cavab qeyd edibsə, 80 % bal verilir;
- Həll yerində yarımçıq həll edib, yaxud müəyyən gedişlərdə səhvlər edibsə, e bəndi nəzərər alınmaqla düzgün gedişlərə uyğun bal verilir;
- Əvvəlki hesablamadakı cavab səhv olduğu, hesablamadakı cavabın əvvəlki gedişə uyğunluğu olduğu halda həmin cavabı bu gedişdə də istifadə etdiyi üçün səhv cavab alıbsa amma gedişat düzgündürsə tam bal verilir.
- Hesablamadakı məbləğin və ya gedişin biri səhvdirsə, gedişatın 80%-i, ikisi səhvdirsə, 60%, üçü səhvdirsə, 30%, 4 və daha artıq səhv olarsa, 0 bal verilir;
- Həll yazılmayıbsa, 0 bal verilir.
- Müvafiq xanada cavab yazılmayıbsa:
- həll yerində gedişata uyğun balın 80%i verilir;
- Həll yerində iki cür həll varsa və bir-birinin ardı deyilsə və ya biri digər sualın cavabı deyilsə, 0 bal verilir;
- Texniki səhvlər
- Hesablama zamanı texniki olaraq yekun nəticədə sıfırlardan birini artıq yaxud əskik yazılması və ya hər hansı kalkulyator hesablama səhvinə görə 80% bal verilir. Gedişdəki ədədin sıfırlarının artıq və ya əskik yazılması halında isə nə bal verilir, nə də səhv gediş kimi bal kəsilir.
- Mənfi, müsbət səhvlərinə 50% bal verilir (10 ballıq Maliyyə hesabatlarına aiddir)
- Cavab yerinə 2 cavab yazıbsa;
- Cavablardan 1-i düzgün olsa belə, həll yazılmayıbsa, bal verilmir;
- Cavablardan 1-i düzgün olsa və həmin cavabın həlli yazılıbsa, 80% bal verilir;
- Cavablardan 1-i düzgün olsa və hər ikisinin həlli yazılıbsa, cavablar bir-birinin ardıdırsa, 80% bal verilir;
- Cavablardan 1-i düzgün olsa və hər ikisinin həlli yazılıbsa, cavablar bir-birinin ardı deyilsə, 0 bal verilir.
- Hər hansı gedişdə ədədi “gros up” və ya “net” olaraq tapılmasına ehtiyac yaranırsa, həmin ədədi “gros up” etmədən və ya “net” məbləği hesablamadan müvafiq sətirdə qeyd edilməsi halında həm bal verilmir, həm də səhv gediş kimi bal kəsilmir.
- Tapşırıqda hər hansı hissədə bal hesablamalara müvafiq bölündükdə, həmin bal müvafiq ədədlərin hesablamada istifadə olunması üçün verilir, sadəcə ədədin yazılmağına deyil (Tapşırıqda MZHH-da əks olunacaq məbləğ soruşulur. Həmin məbləğ isə amortizasiya və faiz xərcinin cəmindən ibarətdirsə, təkcə amortizasiyanın yazılmağı və ya təkcə faiz xərcinin yazılmağına görə bal verilmir. Bu hesablamada məbləğlərdən birinin və ya bir neçəsinin düzgün yazılmasına bal vermək üçündür).