Dövlət İmtahan Mərkəzi tərəfindən 26 aprel 2026-cı il tarixində taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi üçün növbəti test imtahanı keçirilir.
İmtahan DİM-in elektron imtahanlar korpusunda kompüter vasitəsilə 1 saat müddətində aparılır. Taksi sürücüsü olmaq istəyənlər üçün həmçinin Bərdə və Gəncə şəhərlərində də imtahan keçirilir.
İmtahan saat 11:00 və 15:00 olmaqla iki növbədə təşkil olunur.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 27 və 28 aprel tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.