210, 211 və 212-ci komissiyalar üzrə Bakı şəhərində qabiliyyət imtahanı verən abituriyentlər buraxılış vərəqələrini buradan çap edə bilərlər.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer və saat göstərilir. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
- Qabiliyyət imtahanına buraxılış vərəqəsi.
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olunduqca cədvələ əlavə ediləcək.