Seminar onlayn platforma (Zoom) üzərindən rus dilində keçiriləcək. Tədbirdə aşağıdakı şəxslər iştirak edə bilərlər:
- Rus dilini tədris edən müəllimlər;
- Rus dilinə marağı olan tələbələr.
Seminarın məqsədi DİM tərəfindən keçirilən ТРКИ imtahanlarına hazırlaşmağın yolları, praktiki materiallar, onlayn tədris platforması barədə rus dili müəllimlərini və tələbələri məlumatlandırmaq və onları maraqlandıran sualları cavablandırmaqdır.
Seminarın qonağı SPDU-nun Test Mərkəzinin rus dili üzrə mütəxəssisi Nadejda Dubininadır.
Seminarda iştirak etmək istəyən şəxslər aprel ayının 3-dək onlayn formanı dolduraraq qeydiyyatdan keçə bilərlər. Tədbirin Zoom linki 4 aprel tarixində iştirakçılara email vasitəsi ilə göndəriləcək.