Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən "Vaxtın düzgün idarəolunması" mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulub. Vebinarda vaxtın düzgün idarəolunma qaydaları, vaxt itkisinin səbəbləri və prokrastinasiya haqqında danışılacaq.
Vebinar 20 aprel saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək və “e-psixoloq.az”ın “Instagram” səhifəsində canlı yayımlanacaq.
Vebinarın linki həmin gün vebinardan bir neçə saat öncə qeydiyyat zamanı təqdim olunan elektron poçt ünvanına göndəriləcək.
Qeydiyyat linki: https://e-psixoloq.az/#banner