Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə 2025-ci il noyabrın 28-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün Mərkəzin elektron imtahanlar korpusunda test imtahanı keçirib.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 413 namizəd iştirak edib. 224 nəfər tələb olunan şərtləri ödəyərək növbəti mərhələyə buraxılıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 1 - 3 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev, 299) fəaliyyət göstərəcək.