Dövlət İmtahan Mərkəzi Dövlət Vergi Xidməti ilə birgə 2021-ci il martın 13-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahan saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb. İmtahanda namizədə qanunvericilik və ixtisas üzrə 80 və məntiqi nəticə çıxarma qabiliyyətinin müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Hәr bir sualın düzgün cavabı 1 balla qiymәtlәndirilir.
İmtahanın nəticələri saat 17:50-dən etibarən DİM-in internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmək üçün 1370 namizəd qeydiyyatdan keçib. Onlardan 126 namizəd imtahana gəlməyib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib. 167 namizəd müsabiqə şərtini ödəyərək - 70 və daha yüksək bal toplamaqla ikinci mərhələyə - müsahibəyə buraxılıb.