Məlum olduğu kimi, 2026-cı il noyabrın 22-də Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə fəlsəfə doktoru imtahanı (o cümlədən əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı) keçiriləcək. Danışıq bloku üzrə imtahan isə 26 noyabrda keçiriləcək.
Qeyd edək ki, imtahanlar elektron formada kompüterlər vasitəsilə keçiriləcək.
İddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər.
İddiaçı imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iddiaçı imtahana buraxılmayacaq.
İştirakçılar ümumi məlumat və imtahan qaydaları ilə “Yaddaş kitabçası”nda daha ətraflı tanış ola bilərlər.