Dövlət İmtahan Mərkəzi 3 avqust 2025-ci il tarixində inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirir.
Dövlət qulluğuna qəbul imtahanı saat 10:00-da başlanıb. İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 720 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 11 nəfər, BB2 altqrupu üzrə 16 nəfər, BB3 altqrupu üzrə 42 nəfər, BB4 altqrupu üzrə 65 nəfər olmaqla, ümumilikdə 134 namizəd uğur qazanıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda 193 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB3 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 1 nəfər, AC4 altqrupu üzrə 1 nəfər, BA1 altqrupu üzrə 4 nəfər, BA2 altqrupu üzrə 6 nəfər, BA3 altqrupu üzrə 14 nəfər, BA4 altqrupu üzrə 13 nəfər, BB1 altqrupu üzrə 35 nəfər, BB2 altqrupu üzrə 32 nəfər, BB3 altqrupu üzrə 30 nəfər, BB4 altqrupu üzrə 24 nəfər olmaqla, ümumilikdə 165 namizəd uğur qazanıb.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4 – 6 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.