Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Orta təhsil üzrə şöbəsində aparıcı məsləhətçi (müddətli müqavilə əsasında) vəzifəsi üzrə vakansiya elan edilir.
Qulluq funksiyaları:
- Biologiya fənni üzrə test tapşırıqlarının tərtib edilməsi və ekspertizası işinin təşkili;
- Yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına cəlb olunmuş ekspertlərin işinin keyfiyyətinə nəzarət edilməsi;
- Ümumi metodiki göstərişlərin işlənib hazırlanması;
- Səlahiyyətləri daxilində şöbəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılması;
- DİM-in fəaliyyət sahəsinə aid digər işlərin həyata keçirilməsində iştirak etmək.
Tələblər:
- Ali təhsil (biologiya müəllimliyi, biologiya);
- Müvafiq sahə üzrə minimum 1 il iş stajı;
- Müvafiq fənn üzrə təhsil proqramı ilə yaxından tanış olmalı;
- Müvafiq fənn üzrə ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərlə yaxından tanış olmalı;
- Test metodologiyası barədə ümumi məlumata malik olmalı;
Kompüter bilikləri: "MS Windows", "MS Office" proqramları, "Internet" və "Outlook" ilə işləmək bacarığı;
Dil bilikləri: Rus dili (B1 səviyyəsində), ingilis dili (arzuolunandır).
Müraciət qaydası:
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadrlar uçotunun şəxsi vərəqəsini” dolduraraq mövzu bölməsində “Orta təhsil üzrə şöbə, aparıcı məsləhətçi” qeyd etməklə 8 iyun 2025-ci il tarixinədək vacancy@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.