Xəbərlər
Dövlət İmtahan Mərkəzi tərəfindən 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilir
Dövlət İmtahan Mərkəzi rezidenturaya hazırlaşanlara kömək məqsədi ilə “Terapevtik stomatologiya (Parodont və oral mukoza xəstəlikləri)” adlı vəsait nəşr etmişdir
2018-ci il fevralın 28-də Dövlət İmtahan Mərkəzi tərəfindən 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilmişdir
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 28-də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Göyçay rayonunda vətəndaşları qəbul etmişdir
Mərkəzin əməkdaşı tərəfindən Azərbaycan Respublikasında ölçmə-qiymətləndirmə sahəsində aparılmış uğurlu layihələrin təqdimatı keçirilmişdir
2018-ci il fevralın 23-də Dövlət İmtahan Mərkəzi tərəfindən 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilmişdir
Seminarlarda Salyan və Biləsuvar şəhərlərinin təhsil şöbələrinin nümayəndələri, ümumtəhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak ediblər.
DİM 2018-cı ildə keçirilən imtahanlarda nəzarətçi kimi iştirak edəcək yeni və təcrübəsi az olan müəllimlər üçün seminar-məşğələləri yekunlaşdırıb.
2017-ci il 27 noyabrda Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri – səfir Kestutis Yankauskas arasında DİM-in inzibati binasında ikitərəfli görüş keçirilmişdir.
2018-ci ilin 15-19 yanvar tarixlərində Litvanın Dövlət Katibliyi, Dövlət Qulluğu Departamenti və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi arasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” AZ/15/ENP/OT/40 layihəsinin 3-cü komponenti çərçivəsində Portuqaliyanın Lissabon şəhərinə təlim səfəri həyata keçirilmişdir.
Dövlət İmtahan Mərkəzi 2018-ci il 27-28 yanvar tarixlərində Şəmkir şəhər Nizami adına tam orta məktəbdə (Ş.Qurbanov küçəsi, 1) Azərbaycan dili, riyaziyyat, fizika, kimya, biologiya və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edib.
Zal nəzarətçisi kimi imtahanlara cəlb olunması nəzərdə tutulan müəllimlər üçün yanvarın 17-dən 25-dək qrafikə uyğun olaraq seminar-məşğələlər keçirilib.