• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Google Plus
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • Direktorlar Şurası
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • Direktorlar Şurası
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • Direktorlar Şurası
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Azerbaijani version
      • Facebook
      • Llinkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Mail.ru
      https://e-psixoloq.az
      • Baş səhifə
      • Media təqib

      Dövlət qulluğu: reallıq və perspektivlər DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin 2020-ci il 23 iyun tarixində Xalq qəzetində dərc olunmuş məqaləsi

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      Sizi maraqlandıran suala cavab öz əksini tapmayıb? 
      Təqdim olunan formanı dolduraraq öz sualınızı göndərə bilərsiniz
      Задать вопрос
      06.23.2020

      Məlum olduğu kimi, hazırda COVID-19 pandemiyası həm dünyada, həm də ölkəmizdə bir sıra mühüm sosial və ictimai tədbirlərin həyata keçirilməsinə, o cümlədən dövlət qurumlarının normal fəaliyyətinə əngəl törədir. Bu çətin günlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin nümayiş etdirdiyi insan mərkəzli yanaşma, effektiv inzibati, iqtisadi və maarifləndirici tədbirlər pandemiyanın vətəndaşlarımıza vura biləcəyi zərəri minimuma endirmişdir. Cəmiyyətimizin əksəriyyətinin bu məsələdə öz məsuliyyətini dərk etməsi və dövlət tərəfindən görülən tədbirləri dəstəkləməsi dövlət-vətəndaş birliyini daha da gücləndirmişdir. 


      Bu dövrdə, təbii olaraq, öz sağlamlığını riskə ataraq yüksək vətəndaşlıq şüuru, peşəkar əxlaq və bacarıq nümayiş etdirən tibb işçilərimizin, eləcə də gecə-gündüz çalışaraq, pandemiya ilə əlaqədar qərarların yerlərdə icrasına nəzarət edən hüquq-mühafizə orqanları əməkdaşlarının fəaliyyətinin əhəmiyyəti daha da artsa da, digər sahələrdə çalışan peşəkarların, o cümlədən dövlət qulluqçularının  dövlətin zəruri funksiyalarının həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

      Dövlət qulluqçuları da bu çətin şəraitdə öz fəaliyyətlərini pandemiya dövrünün tələblərinə uyğun şəkildə quraraq vətəndaşlara xidmət göstərmək üçün əllərindən gələni etməyə çalışırlar. Bu məqamda onu da qeyd edim ki, dövlət qulluqçularının işə qəbulu prosesində yaxından iştirak edən bir təşkilat kimi Dövlət İmtahan Mərkəzi (DİM) də əsas istiqamətlər üzrə fasiləsiz fəaliyyət göstərmək üçün müəyyən tədbirlər həyata keçirir. Belə ki, mərkəz test imtahanlarının keçirilməsini pandemiya dövrünün tələblərinə uyğunlaşdırmaqla yanaşı, dövlət qulluğu vəzifələrinə namizədlərlə müsahibələrin internet vasitəsilə onlayn keçirilməsi üçün xüsusi proqram təminatı işləyib hazırlamışdır.

      Vətəndaşların sağlamlığının qayğısına qalmaqla yanaşı, çevik qərarlar vermək, yeni texnologiyaların tətbiq sahəsini genişləndirmək, işdə və məişətdə nizam-intizamı qorumaq və vətəndaşlara keyfiyyətli xidmət göstərmək hazırda dövlət qulluqçularının qarşısında duran əsas vəzifələrdir. Eyni zamanda, cəmiyyətin yaxşı təhsil almış, yüksək vətəndaşlıq və dövlətçilik şüuruna malik zümrəsi olması dövlət qulluqçularının üzərinə bilavasitə vəzifələrinin icrası ilə yanaşı, öz davranışları ilə digər vətəndaşlara nümunə olmaq, dövlətin siyasətini və görülən tədbirləri vətəndaşlara sadə dillə izah etmək, onları maarifləndirilmək kimi məsuliyyət də qoyur. Elə bu məqamda fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının dövlət qulluqçularını qarşıdan gələn 23 iyun dövlət qulluqçularının peşə bayramı münasibəti ilə təbrik etmək, onlara bu çətin günlərdə cansağlığı, ruh yüksəkliyi və uğurlar arzulamaq istərdim.

      Bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət aparatının səmərəliliyi dövlət qulluqçularının əməyi hesabına təmin olunur. Dövlətin vətəndaşlara göstərdiyi xidmətlərin keyfiyyəti, ölkəmiqyaslı qərarların yerlərdə icrası bilavasitə dövlət qulluğunu həyata keçirən şəxslərin peşəkarlıq səviyyəsindən asılıdır. Dövlət qulluqçularının fəaliyyətinin dövlət və bütövlükdə cəmiyyət üçün əhəmiyyəti onların peşə qabiliyyətləri və mənəvi-psixoloji keyfiyyətlərinin yüksək səviyyədə olmasını tələb edir.

      Prezident İlham Əliyev insan kapitalının inkişaf etdirilməsini dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyən etmişdir. Heç şübhəsiz ki, bu uzaqgörən siyasət elmi biliklərin və yüksək peşə bacarıqlarının əsas rol oynadığı müasir dünyada ölkəmizin rəqabət qabiliyyətinin artmasına və xalqımızın rifah səviyyəsinin yüksəlməsinə hesablanmışdır. Elə hazırkı vəziyyət də yüksək əxlaqi dəyərlər və nizam-intizamla yanaşı, həm fərdi, həm də təşkilati səviyyədə data savadlılığının, riyazi və analitik düşüncənin, informasiya texnologiyalarının daha dərindən mənimsənilməsinin əhəmiyyətini bir daha sübut etdi. 

      Cəmiyyətin mənəvi-intellektual inkişafı, sağlam sosial münasibət və ünsiyyət vərdişlərinin formalaşması baxımından elmi və akademik çevrələrlə yanaşı, dövlət qulluğu korpusunun da rolu danılmazdır. Dövlət qulluqçuları vətəndaşla dövlətin bilavasitə təmasını təmin edən zümrədir. Fərdlərin dövlətin dəyərləri və vətəndaşlara olan münasibəti barədə qənaətləri dövlət qulluqçularının davranışları əsasında formalaşır. Digər tərəfdən dövlət qulluqçuları dövlətin yerlərdəki gözü və qulağıdır. Onlar vətəndaşların ehtiyacları və tələbatlarının əks olunduğu hesabatları, eləcə də ölkənin real statistik mənzərəsini əks etdirən məlumat bazalarını formalaşdıran insanlardır. Bu funksiyaları peşəkar səviyyədə icra etmək üçün yüksək insani dəyərlər, müşahidə qabiliyyəti, empatiya, ünsiyyət qabiliyyəti, analitik düşüncə, o cümlədən fərdi hadisələrin arxasındakı qanunauyğunluqları görmək və səbəb nəticə əlaqələrini oxuya bilmək kimi keyfiyyətlərə malik olmaq zəruridir. 

      Prezident İlham Əliyevin  2016-cı il 11 aprel tarixli 860 nömrəli fərmanına əsasən, dövlət qulluğu üzrə kadrların seçilməsi üçün imtahanların təşkili, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarət, dövlət qulluqçuları reyestrinin aparılması və digər əlaqədar funksiyalar Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin səlahiyyət dairəsinə daxil edilmişdir.

      Mərkəzin əsas fəaliyyəti dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək,  dövlət qulluğuna namizədlərin müsabiqə yolu ilə seçilməsi, dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətinin öyrənilməsi, dövlət qulluğunda etik davranış qaydalarına əməl edilməsinə nəzarət edilməsi, dövlət qulluqçularının peşəkarlığının artırılmasına dair müvafiq tədbirlərin görülməsi,  dövlət qulluğunda maarifləndirilmənin həyata keçirilməsi, dövlət qulluqçularının reyestri və vəzifələrin idarə olunması üzrə elektron sistemlərin yaradılması və təkmilləşdirməsi ilə bağlıdır.

      Vətəndaşların dövlət qulluğuna qəbulu və dövlət qulluqçularının daha yüksək vəzifələrə təyinatı prosesində mərkəzləşmiş qiymətləndirmə və çoxpilləli seçmə sisteminin tətbiq edilməsində məqsəd dövlət qulluğu vəzifələrinə ən layiqli şəxslərin seçilməsini təmin etmək və dövlət qurumlarının səmərəliliyini artırmaqdan ibarətdir. Namizədlərin qiymətləndirilməsi, seçimi və təyinatı ilə əlaqədar standartların, meyarların və qərarvermə mexanizmlərinin şəffaf, ədalətli və anlaşılan olması sağlam rəqabət mühitinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir ki, bu da insanların motivasiyasına müsbət təsir edən amildir. Düşünürük ki, mövcud sistemin əsas fəlsəfəsi qorunmaqla yanaşı, onun dövlət qulluğunun inkişafına dair strategiyada qeyd olunan istiqamətlər üzrə daha da təkmilləşdirilməsi, o cümlədən səriştə modelinə əsaslanan qiymətləndirmə metdodlarının və təlim proqramlarının hazırlanması və tətbiqi məqsədəuyğundur. Bu məqsədlərə nail olmaq üçün bütün dövlət qulluğu korpusunun qarşılıqlı əməkdaşlığı, konstruktiv fikir mübadiləsi, eləcə də elmi və akademik çevrələrin dəstəyi mühüm əhəmiyyət kəsb edir.

      Hazırda dövlət qulluğu vəzifələrinə namizədlərin seçimində tətbiq olunan ilk mərhələ – test imtahanı müəyyən olunmuş təməl meyarlar əsasında ilkin filtrasiyanı həyata keçirməyə imkan verir. İkinci – müsahibə mərhələsində isə artıq konkret vəzifənin tələblərinə uyğun qiymətləndirmə aparılır. Üz-üzə müsahibə şəklində təşkil olunan bu mərhələdə komissiya üzvləri tərəfindən namizədlərin vəzifə üzrə əsas bilik və bacarıqları ilə yanaşı, onların dünyagörüşü və fərdi keyfiyyətləri, o cümlədən işə yanaşmaları, motivasiyası, ünsiyyət, problem həll etmə və qərarvermə kimi qabiliyyətləri qiymətləndirilir.

      Yalnız 2019-cu il ərzində mərkəz tərəfindən dövlət qulluğunun inzibati vəzifələrinin tutulması məqsədilə ümumilikdə 12 test imtahanı keçirilmişdir. Test imtahanlarında iştirak etmək üçün 11 511 nəfər qeydiyyatdan keçmişdir. İmtahanda iştirak edən 11 389 namizəddən 3734 (32,80 faiz) nəfər uğur qazanmışdır.

      Bundan başqa, bu dövr ərzində mərkəz tərəfindən 32 dövlət orqanında vakant olan 428 inzibati dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə 10 ümumi,  33 dövlət orqanında mövcud olan 228 vakant inzibati dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə isə 86 daxili müsahibə elanı verilmişdir. Ümumi müsahibəyə ən çox vəzifə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (67 vəzifə), daxili müsahibəyə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (207 vəzifə) və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən (128 vəzifə) təqdim edilmişdir.

      Ümumilikdə keçirilməsi planlaşdırılmış 15 min 462 müsahibədən yalnız 6 min 104 (39,47 faiz) müsahibənin keçirilməsi təmin edilmiş, 9358 (60.53 faiz) müsahibə namizədin iştirak etməməsi və ya iştirakdan imtina etməsi, müsahibənin təxirə salınması və digər səbəblərdən baş tutmamışdır. Planlaşdırılan daxili müsahibələrin böyük əksəriyyəti keçirilsə də (91,48 faiz), müsabiqə üzrə müsahibələrin  4825-ni keçirmək mümkün olmuşdur. Baş tutmamış müsahibələrin əksər hissəsi (95,87 faiz) müsabiqənin müsahibə mərhələsi üzrə qeydə alınmışdır. Bu mərhələdə baş tutmamış müsahibə sayının yüksək olmasının səbəbi sertifikat əldə etmiş namizədlərə müsahibə üzrə qeydiyyatda məhdudiyyətin tətbiq edilməməsidir. Belə ki, sertifikat əldə etmiş namizəd həmin sertifikatın qüvvədə olduğu müddətdə istənilən sayda müsahibədə iştirak hüququna malikdir. Bəzi namizədlər qanunvericiliyin onlara verdiyi bu hüquqdan sui-istifadə edərək 40, 50, bəzi hallarda 100 və daha artıq müsahibə üzrə qeydiyyatdan keçsələr də, müsahibələrdə iştirak etmirlər. Qeyd olunan hal müsahibələrin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində keçirilməsində, həmçinin Mərkəzin və dövlət orqanlarının resurslarından səmərəli istifadə edilməsində çətinlik yaradır.

      Namizədlərin müsahibələrdə iştirakının statistikası onların davranışları ilə nəticələri arasında bəzi spesifik əlaqələri ortaya çıxarıb. Təhlillər göstərir ki, namizəd nə qədər çox istiqamət üzrə vəzifələrə ərizə verirsə, onun uğur qazanma ehtimalı o qədər azalır. Əksinə yalnız bir vəzifəyə və ya eyni istiqamət üzrə az sayda vəzifələrə ərizə verən namizədlərin müsahibələrdə uğur qazanmaq ehtimalı yüksəlir. Bu tip namizədlərin müsahibələr zamanı yaxşı hazırlıq səviyyəsi ilə yanaşı, yüksək motivasiyası, karyera hədəflərindəki konkretlik də aydın müşahidə olunur.

       Qanunvericiliyin tələblərinə uyğun olaraq, vakant vəzifələrə təyinat məsələsinə baxılması məqsədilə müsahibələrdə uğur əldə etmiş şəxslərin sənədləri dövlət orqanının rəhbərinə təqdim edilir. Həmin şəxslərin vakant vəzifələrə təyinatı ilə bağlı qərar vakant vəzifənin aid olduğu dövlət orqanının rəhbəri tərəfindən qəbul edilir. Namizədlərin təyinatları ilə bağlı qəbul edilmiş qərarlar daxil olmuş məlumatlar əsasında Mərkəz tərəfindən “Dövlət qulluğu – Namizədlər İnformasiya Sistemi”nə daxil edilir.

      Dövlət orqanlarında vakant olan bir sıra inzibati vəzifələr qanunvericiliklə müəyyən edilmiş qaydada tutulanadək, müddətli əmək müqaviləsi əsasında işə qəbul edilmiş şəxslər tərəfindən icra edilir.  Həmin şəxslərin dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması məqsədilə keçirilən müsabiqə və ümumi müsahibələrdə iştirakı və müvafiq vakant inzibati vəzifələrə təyinatları ilə bağlı məlumatlar təhlil edilmiş və bir sıra maraqlı faktlar müəyyən edilmişdir.

      Keçən il mərkəzə 129-u müsabiqə üzrə müsahibənin, 23-ü ümumi müsahibənin və 6-sı  daxili müsahibənin nəticəsindən olmaqla, ümumilikdə, 158 şikayət daxil olmuşdur. Apelyasiya şikayəti vermiş 25 namizədin şikayəti təmin edilmiş və namizədlər iddia etdikləri vəzifələrə uyğun bilinmişdir. Apelyasiya Şuraları 20 vəzifə üzrə namizədlərlə yeni müsahibənin  keçirilməsi barədə qərar qəbul etmiş, 53 vəzifə üzrə isə müsahibənin nəticəsi qüvvədə saxlanılmışdır. 

      Dövlət İmtahan Mərkəzi dövlət qulluğu vəzifələrini tutmaq arzusunda olan şəxslər üçün maarifləndirici işləri də davam etdirib. Namizədlərin dövlət qulluğuna dair qanunvericilik, dövlət qulluğuna qəbulla bağlı prosedurlar barədə məlumatlandırılması və Mərkəzin bu sahədə fəaliyyəti ilə tanış olmaları məqsədi ilə “Dövlət qulluğu” jurnalının 2 buraxılışı çap edilmişdir.  Eyni zamanda, dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar üçün test imtahanı modelinə uyğun hazırlanmış “500 test tapşırığı” adlı test toplusunun Mərkəz tərəfindən ayrı-ayrı vaxtlarda iki dəfə nəşri həyata keçirilmişdir. 2018-ci ilin dekabr ayında nəşr olunmuş “Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar üçün Təlimat” adlı metodik vəsaitin 2019-cu ildə müəyyən redaktələr ilə yeni nəşri həyata keçirilmişdir.

      Keçən il “Dövlət qulluqçularının Arayış Sistemi” təkmilləşdirilmiş və sistemə yeni funksiyalar əlavə edilmişdir. Bunun nəticəsində dövlət qulluğunda iş stajına dair arayış üçün müraciət etmiş namizədlər müraciətlərinin baxılma növbəliliyini, habelə icra vəziyyətini müşahidə edə, şəxsi kabinetinə daxil olmaqla bildiriş sistemi vasitəsilə müvafiq məlumatlarla tanış ola bilərlər. İpoteka və Kredit Zəmanət Fonduna verilməsi üçün təqdim edilən arayışların da bu sistem vasitəsilə hazırlanması təmin edilmişdir.

      Hazırda dövlət qulluğu sahəsində həyata keçirilən ən vacib fəaliyyət istiqamətlərindən biri də Dövlət qulluğunun inkişafına dair strategiyanın icrasıdır. Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” təsdiq olunmuşdur. Strategiya dövlət idarəetməsinin ən mühüm institutlarından biri olan dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl, mərhələli tədbirləri müəyyənləşdirən konseptual sənəd rolunu oynamaqdadır. Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır. Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatların həyata keçirilməsini nəzərdə tutur.

      Strategiyanın icrası 2019−2021-ci və 2022−2025-ci illəri əhatə edən iki fəaliyyət planının həyata keçirilməsi ilə təmin edilir. Fəaliyyət planları strategiyada nəzərdə tutulan əsas inkişaf istiqamətləri üzrə müvafiq hədəfləri, həmin hədəflərə çatmaq üçün həyata keçirilməsi tələb olunan konkret tədbirləri, icraçıları və müddətləri özündə əks etdirir. Sərəncama əsasən strategiyada nəzərdə tutulan tədbirlərin əksəriyyətinin həyata keçirilməsi üzrə əsas icraçı qurum və icrasının monitorinqi üzrə əlaqələndirici qurum kimi Dövlət İmtahan Mərkəzi müəyyən edilmişdir.

      Strategiya çərçivəsində aşağıdakı inkişaf istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi müəyyən edilmişdir:

      • Dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi;

      • Dövlət qulluğunda kadr siyasətinin inkişafı;

      • Dövlət qulluğunda rotasiya;

      • Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi;

      • Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi;

      • Dövlət qulluğunun informasiya təminatı və  elektron dövlət qulluğunun inkişaf etdirilməsi;

      • Dövlət qulluğunda mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılması;

      • Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və icrasına nəzarət;

      • Dövlət orqanlarının struktur bölmələrinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi;

      • Dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi.

      Mərkəz strategiyanın ­2019-­­­2021-ci illərdə icrası üzrə Fəaliyyət Planına uyğun olaraq 2019-cu il ərzində icra edilməsi nəzərdə tutulan 23 tədbirdən 14-ü üzrə əsas icraçı, 9 tədbir üzrə icraçı qurum kimi müəyyən edilmişdir. Qeyd olunan tədbirlərin DİM tərəfindən icrası təmin edilmişdir. Tədbirlərin operativ və səmərəli icrasını təmin etmək məqsədilə strategiyada icraçı qurum kimi müəyyən edilən orqanların əməkdaşlarından ibarət tərkibdə işçi qrupları yaradılmış, Fəaliyyət Planında müəyyənləşdirilmiş tədbirlər müzakirə edilmişdir. Həmçinin, icraçı qurumlardan başqa, digər dövlət orqanlarına və publik hüquqi şəxslərə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərlə bağlı təkliflərini təqdim etmələri üçün məktublar göndərilmiş, yekunda onlardan gələn təkliflər də nəzərə alınmaqla müvafiq layihələr hazırlanmışdır.

      Dövlət qulluğuna namizədlərin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində səriştə modelinin tətbiqi ilə əlaqədar da bir sıra addımlar atılmışdır. İl ərzində xarici tərəfdaşlarımızın dəstəyi ilə həm təlim səfərləri, həm də Bakıda xarici mütəxəssislərin iştirakı ilə semirlar təşkil edilmişdir. Polşa, Belçika, İrlandiya, Kanada kimi ölkələrin tətbiq etdiyi modellər yaxından öyrənilmiş, bəzi qiymətləndirmə alətlərinin yerli şəraitdə işləkliyini müəyyən etmək üçün araşdırma xarakterli sınaq testləri keçirilmiş və nəticələr təhlil olunmuşdur. Bu istiqamətdə fəaliyyət davam edir. Səriştə sisteminin tətbiqində ən mühüm məqamlardan biri qəbul prosesində tətbiq olunan alətlərlə peşəkar fəaliyyətin praktikada qiymətləndirilməsi prosesində tətbiq olunan alətlərin uyğunluğunu və ya bir-birini tamamlamasını təmin etməkdən ibarətdir. Buna görə də sistemin ərsəyə gəlməsində dövlət orqanları ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən bu sistem çərçivəsində tətbiq olunacaq alətlərin çoxşaxəliliyini və müxtəlifliyini nəzərə alaraq, alətlər bankını formalaşdırmaq və davamlılığını təmin etmək üçün yerli müəllif və qiymətləndirici ekspertlərin yetişdirilməsi qarşıda duran digər məsələdir. Fəaliyyətin əhəmiyyətini və modelin mürəkkəbliyini nəzərə alaraq əvvəlcə bir-neçə dövlət orqanının pilot təşkilat kimi müəyyən olunaraq modelin ilkin tətbiqi və sınaqdan çıxarılması məqsədəuyğun hesab olunur. Hesab edirik ki, ölkə rəhbərliyinin göstərdiyi iradə və dövlət qulluğu sistemindəki kadr potensialımız bu modelin uğurla tətbiq olunmasına zəmin yaradır. O da qeyd olunmalıdır ki, modelin uğurlu tətbiqi ölkəmizin dövlət qulluğu sistemini dünyanın aparıcı dövlətləri ilə eyni səviyyəyə çıxaracaqdır.

      Ötən il dövlət qulluğunun inkişafına dair strategiyanın icrası istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biri dövlət qulluqçularının əlavə təhsilinin maliyyə mənbələri müəyyən edilməsi və “Dövlət qulluqçuları üçün Təlim Strategiyası (2020-2022-ci illər üzrə)”nın layihəsinin hazırlanması olmuşdur. Təqdim edilmiş təkliflərə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 458 nömrəli Qərarı qəbul edilmiş və həmin qərara uyğun olaraq, hər il dövlət büdcəsinin layihəsi hazırlanarkən dövlət orqanlarının təkliflərinə uyğun olaraq həmin orqanların büdcəsində  dövlət qulluqçularının əlavə təhsili üçün zəruri maliyyə vəsaitləri nəzərdə tutulacaq. Maliyyə vəsaitinin ayrılması ilə  dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının ehtiyaclarına uyğun olaraq müvafiq peşəkar təlimlərin və davamlı əlavə təhsilin təşkili təmin olunacaqdır. Dövlət qulluğunun peşəkarlığının və səmərəliliyinin yüksəldilməsi, dövlət xidmətlərindən istifadə edən şəxslərin məmnunluğunun artırılması, dövlət qulluqçularının təliminə yatırılan investisiyanın geriyə dönüşünün təmin edilməsi, dövlət qulluqçularının özünüinkişafa həvəsləndirilməsi, onların potensialından səmərəli istifadə edilməsi, eyni zamanda dövlət qulluqçularının peşəkar inkişafının dövlət orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən birinə çevrilməsi Təlim Strategiyasının əsas hədəflərindəndir.

      Dövlət İmtahan Mərkəzi bütün fəaliyyət istiqamətləri üzrə bir sıra xarici tərəfdaşlarla əməkdaşlığı davam etdirir, müntəzəm olaraq fikir və təcrübə mübadiləsi aparır. 2019-cu il ərzində Mərkəz Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, Yaxşı İdarəçilik və Sabitlik” adlı I Platforması çərçivəsində Dövlət İdarəçiliyi İslahatları Panelində fəaliyyətini davam etdirmişdir. Eyni zamanda, Mərkəz tərəfindən Avropa İttifaqı  və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə təşəbbüsü olan SIGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində 100-dən ­artıq şəxsin iştirak etdiyi 4 təlim təşkil ­edilmişdir. 

      Buna paralel olaraq DİM Astanada yerləşən Dövlət Qulluğu üzrə Regional Xab (Regional Xab) ilə əməkdaşlığı davam etdirmişdir. Regional Xab Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşəbbüsü ilə iştirakçı dövlətlər arasında dövlət qulluğu sahəsində davamlı bilik və təcrübə mübadiləsini həyata keçirən institusional şəbəkənin qurulması məqsədilə təsis edilmişdir. Mərkəzin Direktorlar Şurasının sədri Regional Xabın Rəhbər Komitəsinin üzvüdür.

      Son olaraq, bildirmək istərdim ki, DİM ölkə rəhbərliyinin müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq Azərbaycan Respublikasının dövlət qulluğu sistemində şəffaflığın və səmərəliyin artırılması, dövlət qulluqçularının inkişafı və yüksək motivasiyasını təmin etmək üçün bütün imkan və bacarıqlarından istifadə etməyə davam edəcəkdir.

      Bir daha qarşıdan gələn peşə bayramı münasibətilə bütün dövlət qulluqçularını  ürəkdən təbrik edirəm!

      Məleykə ABBASZADƏ,
      Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri


      Paylaş
      Geriyə
      Mərkəz
      Ümumi məlumat
      Direktorlar Şurası
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Fəaliyyət
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      Mətbuat
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      Sənədlər
      Təqvim
      Onlayn müraciət
      Elektron xidmətlər
      Sual - cavab
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      © 2023 Dövlət İmtahan Mərkəzi
      • Вконтакте
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Google Plus