Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planına uyğun olaraq, Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “İlk Prezident təqaüdçüləri” layihəsini təqdim edir.
Xatırladaq ki, Prezident təqaüdü təhsil sahəsində yüksək nailiyyətlər əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şəraitin yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 3 sentyabr 2001-ci il tarixində imzalanan Fərmanı ilə təsis edilib. Həmin Fərmana uyğun olaraq ilk dəfə 2001/2002-ci tədris ilində qəbul imtahanlarında yüksək nəticə əldə etmiş 25 tələbəyə Prezident təqaüdünün verilməsi ilə bağlı Sərəncam imzalanıb.
Prezident təqaüdünün təsis edilməsi Respublika pedaqoji ictimaiyyəti tərəfindən sevinclə qarşılanmış, ən başlıcası isə ali məktəblərə hazırlaşan gənclərin arasında böyük ruh yüksəkliyi və sağlam yarış əhval-ruhiyyəsi yaratmışdır. Sonradan cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə təqaüdün məbləği artırılmışdır.
Ulu öndər Heydər Əliyev təhsilimizin böyük qayğıkeşi olaraq, həmçinin hər il ali məktəbə yüksək balla daxil olan gənclərlə Prezident sarayında görüş keçirirdi. Heydər Əliyev yüksək nəticələrə görə tələbələri şəxsən təbrik edir, onlara xatirə hədiyyələri təqdim edir və təhsildə uğurlar arzulayırdı.
Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyi ilə birgə layihə çərçivəsində 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülmüş şəxslərdən bəziləri ilə ünsiyyət saxlayıb onlardan ulu öndərimizlə keçirilən görüşü necə xatırladıqlarını, həmin görüşün təhsil və karyeralarındakı rolu, bir şəxsiyyət və dövlət xadimi kimi Heydər Əliyev haqqında düşüncələrini bildirməyi xahiş etmişdir.
Beləliklə, “Heydər Əliyev İli” boyunca ilk Prezident təqaüdçüləri ilə silsilə videoçarxlar təqdim olunacaq.
"Freedom Finance Ukraine" şirkətinin maliyyə direktoru Ruslan İsmayılov
İspaniyanın "Noksel Espana S.A." şirkətində idarə heyətinin üzvü Ziya Əliyev
Türkiyədə yaşayan və stomatoloq fəaliyyəti ilə məşğul olan Orxan Abişev
Səudiyyə Ərəbistanının STC (Saudi Telecom Company) şirkətində biznesin təhlili üzrə supervayzer Orxan Quliyev
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi İslam Quliyev
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin şöbə müdiri Ruslan Fərəcov
Amerika, Silikon vadisi, proqramçı Sergey Əkbərov
Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin müşaviri Elvin Əşrəfzadə
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim – oftalmoloqu Günay Rüstəmbəyova
“Cuppa Coffee” və “Özsüt” restoranlarının həmtəsisçisi Yaşar Hümmətov
Dövlət Vergi Xidmətinin Operativ Vergi Nəzarəti İdarəsində şöbə rəisi Tural Xancığazov
"Azercell" şirkətində İnformasiya texnologiyaları xidmətlərinin idarəedilməsi və istismarı şöbəsinin aparıcı mühəndisi Seymur Əliyev
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin şöbə müdiri Rəşid Surxayov
Qulaq-burun-boğaz həkimi Günay Xəlilova
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyində hüquq məsələləri üzrə müşavir Jalə Əzizova
“SOCAR Ekol VM” MMC-nin icraçı direktoru Cavid Məmmədov
BP şirkətində təchizatın təşkili üzrə menecer Asəf Həsənquluyev
PAŞA Bankın Data əməliyyatları şöbəsinin baş mütəxəssisi İlahə Nuriyeva
Cəbrayıl rayon Akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbinin riyaziyyat müəllimi Günel Şahverdiyeva
“Socar Midstream Operations” MMC-də hüquq qrupunun rəhbəri Murad Mehdiyev
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim – oftalmoloqu Aysel Əkbərova
“Paşa Sığorta” şirkətində İnformasiya texnologiyaları və innovasiyalar departamentinin rəhbəri Cəmşid Naxçıvanski
“BP Caspian Sea” şirkətində quyular sahəsinin rəhbəri Afiq Həbibov
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Şamil Şirinov
Amerikanın "Transamerica Asset Management" şirkətində aktivlərin idarəedilməsi üzrə menecer vəzifəsində işləyən Rüfət Qaralov
"ADA" Universitetində tələbə qəbulu üzrə menecer Aytəkin Hüseynova
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Sübhan Məmmədov
Almaniyanın “Rewe Group” şirkətinin maliyyə meneceri Bəhram Novruzov
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki Ülvi Zülfüqarov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə
"Kontakt Home" şirkətinin şöbə müdiri Vüsal Əliyev
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı Sənay Paşayev
Həkim - uroloq Vüsal Əhmədov
"Halliburton" şirkətinin Azərbaycandakı filialının biznesin inkişafı üzrə nümayəndəsi Teyrun Qəhrəmanov
Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi, ədliyyə general-mayoru Həsən Mansurov
Filoloq Murad Seyidov
Süni intellekt üzrə mütəxəssis Rauf Fətullayev
Həkim - kardioloq Aysel İslamlı
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri, sədrin müşaviri Orxan Dəmirli