• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Google Plus
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • Direktorlar Şurası
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • Direktorlar Şurası
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • Direktorlar Şurası
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Azerbaijani version
      • Facebook
      • Llinkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Mail.ru
      heydar_aliyev
      • Baş səhifə
      • Xəbərlər

      DİM ESOL beynəlxalq ingilis dili imtahanlarının keçirilməsi üçün lisenziya əldə edib. İmtahanlar onlayn qaydada təşkil olunur və DİM Azərbaycanda müvafiq lisenziyanı əldə edən ilk qurumdur

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      LanguageCert imtahanlarının nəticələri 57 ölkənin kolleci, universiteti və institutları tərəfindən qəbul olunur.

      08.07.20 13:11

      Dövlət İmtahan Mərkəzi 2020-ci ilin may ayında “PeopleCert Qualifications Ltd” təşkilatının qolu olan LanguageCert  Qiymətləndirmə Mərkəzinin LanguageCert International ESOL (English for Speakers of Other Languages) adlı beynəlxalq imtahanının ölkədə təşkil olunmasına dair auditi uğurla keçib.

      Böyük Britaniyanın qiymətləndirmə üzrə nəzarət qurumu - Ofqual tərəfindən tanınan LanguageCert müxtəlif dillər üzrə (ingilis, ispan, türk) bacarıqların qiymətləndirilməsini və sertifikatlaşdırılmasını həyata keçirən təşkilatdır.

      Təşkilat, həmçinin ALTE və EALTA kimi beynəlxalq qiymətləndirmə assosiyasiyalarının üzvüdür. LanguageCert imtahanlarının nəticələri 57 ölkənin kolleci, universiteti və institutları tərəfindən qəbul olunur.

      LanguageCert tərəfindən təklif olunan imtahanların Azərbaycanda keçirilməsi gənclərin xarici dil bacarıqlarının qiymətləndirilməsi imkanlarının artırılması məqsədi daşıyır.

      IELTS, TOEFL iBT və PTE Academic kimi imtahanların ekvivalenti olan kompüter əsaslı LanguageCert International ESOL imtahanlarını fərqləndirən cəhətlər və imtahanın əsas üstünlükləri aşağıdakılardır:

      ·        İmtahanların yazılı (dinləmə, oxu, yazı) və şifahi (danışıq) hissəsini birlikdə və ya ayrı-ayrılıqda vermək mümkündür;

      ·        İmtahanların şifahi hissəsi ünsiyyət bacarıqlarının qiymətləndirilməsinə əsaslanır. Buna görə də imtahanın bu hissəsi üçün xüsusi hazırlığa ehtiyac yoxdur;

      ·        İmtahanın hər iki hissəsi üzrə namizədlərə səviyyələrini təsdiq edən iki fərqli sertifikat təqdim olunur;

      ·        Sertifikatın etibarlılığı müddətsizdir;

      ·        İmtahandan kəsilən iştirakçılara imtahanın sonunda zəif cavablandırdıqları bölmələrə dair hesabat təqdim olunur;

      ·        Digər beynəlxalq imtahanlarla müqayisədə daha ucuz hesab olunur;

      ·        İmtahan nəticələri 5 gün ərzində elan edilir.

      Məlum olduğu kimi, koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar dünyanın bir çox yerində, eləcə də ölkəmizdə yerli və beynəlxalq imtahanların keçirilməsi məhdudlaşdırılıb. Bu müddət ərzində imtahan verən şəxslərin yaranmış vəziyyətdən mümkün qədər az təsirlənməsi və imtahan nəticələrinin vaxtında əldə edilməsini təmin etmək məqsədilə LanguageCert DİM ilə sıx əməkdaşlıq edərək, LanguageCert International ESOL imtahanlarının onlayn qaydada ev şəraitində təşkil olunan versiyasını da təklif edir.

      Əlavə edək ki, LanguageCert International ESOL imtahanlarının onlayn qaydada ev şəraitində idarə olunması artıq müxtəlif ölkələrdə tətbiq edilir. Bu növ imtahanlar onların məzmunu, keyfiyyəti və təhlükəsizlik prinsiplərində heç bir narahatlıq yaratmır. İmtahanlarda real vaxt ərzində həm insan tərəfindən proktorinq (nəzarət), həm də süni intellekt texnologiyası vasitəsilə ən çətin aşkarlanan hərəkətləri görmək və lazımi addımları atmaq üçün yüksək səviyyəli təhlükəsizlik tədbirləri həyata keçirilir.

      LanguageCert digər imtahanlardan fərqli olaraq imtahan iştirakçısına vaxtında texniki yardım göstərmək məqsədilə imtahan platformasının səhifəsində proktor tərəfindən idarə olunan onlayn çat yaradıb. Bu alət imtahan müddətində yarana biləcək müxtəlif növ çətinlikləri zəng etmədən aradan qaldırmaq və proktor ilə daimi əlaqədə olmaq imkanı yaradır.

      Ev şəraitində verilən onlayn imtahanların nəticələri imtahan günündən 3 gün sonra elan olunur.

      “LanguageCert”in rəsmi internet səhifəsinə hər səviyyə üzrə fərqli və yeni hazırlıq materialları (kitablar, praktiki testlər, nümunələr və s.) daim əlavə olunur.

      DİM-də keçiriləcək LanguageCert International ESOL imtahanları haqqında daha ətraflı məlumatla verilmiş keçiddən tanış ola bilərsiniz.


      Paylaş
      Geriyə
      Mərkəz
      Ümumi məlumat
      Direktorlar Şurası
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Fəaliyyət
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      Mətbuat
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      Sənədlər
      Təqvim
      Onlayn müraciət
      Elektron xidmətlər
      Sual - cavab
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      © 2023 Dövlət İmtahan Mərkəzi
      • Вконтакте
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Google Plus