• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Google Plus
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • Direktorlar Şurası
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • Direktorlar Şurası
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • Direktorlar Şurası
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Azerbaijani version
      • Facebook
      • Llinkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Mail.ru
      heydar_aliyev
      • Baş səhifə
      • Xəbərlər

      Dövlət İmtahan Mərkəzi 2021-2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elan edir

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      İmtahanda iştirak etmək üçün qeydiyyat 2021-ci il iyunun 7-dən 13-dək internet vasitəsilə aparılacaq

      04.06.21 16:45

      Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına uyğun olaraq, Dövlət İmtahan Mərkəzi 2021-ci il iyunun 7-dən 13-dək 2021-2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatını elan edir. Bu müddət ərzində doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini Azərbaycan Respublikasının doktoranturalar yaradılan ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına təqdim etməyə hazırlaşan nanmizədlər DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan (link iyunun 7-dən etibarən aktiv ediləcək) keçməlidirlər.

      İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 90 (doxsan) manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (90 manat) silinir.

      Namizədlərin imtahan verəcəkləri xarici dilin seçiminə qoyulan tələbləri nəzərinizə çatdırırıq.

      Xarici dil seçiminə qoyulan tələblər:

      Doktoranturaya və dissertanturaya qəbul imtahanı keçirilən hər hansı bir xarici dil (ingilis, alman və ya fransız dili) üzrə aşağıda göstərilən hər hansı bir magistratura ixtisaslaşmasını (filologiya (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmaları) bitirən namizədlər doktoranturaya və dissertanturaya qəbul zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə və ixtisaslaşma dili üzrə beynəlxalq sertifikat təqdim edə bilməzlər:

      060102 Dil və ədəbiyyat müəllimliyi

      - Dil və ədəbiyyatın tədrisi metodikası və metodologiyası (ingilis, alman və ya fransız dili və ədəbiyyatı)

      060103 Xarici dil müəllimliyi

      - Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis, alman və ya fransız dili)

      060201 Filologiya

      - Ədəbiyyatşünaslıq (ingilis, alman və ya fransız ədəbiyyatı)

      - Ədəbiyyatşünaslıq (Amerika və Böyük Britaniya ədəbiyyatı)

      - Ədəbiyyatşünaslıq (xarici ölkə xalqlarının ədəbiyyatı, Amerika ədəbiyyatı)

      - Dilşünaslıq (ingilis, alman və ya fransız dili)

      060203 Tərcümə

      - Tərcümə (ingilis, alman və ya fransız dili)

      - Sinxron tərcümə (ingilis, alman və ya fransız dili)

      Yuxarıda qeyd olunan hər hansı bir magistr ixtisaslaşmasını bitirən namizədlər ixtisaslaşma dili olmayan digər iki dildən birini xarici dil kimi seçməli və həmin dildən qəbul imtahanı verməlidirlər.

      Digər magistr ixtisaslaşmalarını bitirən şəxslərin xarici dil seçiminə məhdudiyyət qoyulmur, yəni onlar doktoranturaya və dissertanturaya qəbul zamanı xarici dil kimi ingilis, alman və ya fransız dilini seçə bilərlər.

      Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar DİM-in internet saytında şəxsi kabinet yaratdıqdan sonra şəxsiyyət vəsiqələrinin, sertifikatlarının və magistr təhsili haqqında diplomlarının əslini və surətini 2021-ci il iyun ayının 8-də və ya 9-da hər gün saat 10-dan 17-dək (saat 13-dən 14-dək nahar fasiləsidir) DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) yerləşən ofisində yaradılan Sənəd qəbulu komissiyasına təqdim etməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Təqdim edilmiş sertifikatların həqiqiliyi və qüvvədə olması yoxlanıldıqdan sonra onların sahibləri xarici dil üzrə qəbul imtahanından azad olunurlar.

      Xarici dildən imtahanda keçid balını (minimal 25 bal) toplayan və ya DİM-ə qüvvədə olan sertifikat təqdim edən şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dildən imtahanda iştirak etməyənlər və ya keçid balını toplamayanlar fəlsəfə üzrə imtahana buraxılmırlar.

      Xarici dildən doktoranturaya qəbul imtahanı dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarından ibarət olmaqla keçirilir. Qəbul proqramı ilə buradan (Azərbaycan dilində, rus dilində) tanış ola bilərsiniz. Proqram üzrə yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulan dil və nitq bacarıqları və imtahanın strukturu haqqında DİM-in internet saytında əlavə məlumat yerləşdiriləcək.

      Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının 2021-ci il iyunun 20‑də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 21-dən etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.


      Paylaş
      Geriyə
      Mərkəz
      Ümumi məlumat
      Direktorlar Şurası
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Fəaliyyət
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      Mətbuat
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      Sənədlər
      Təqvim
      Onlayn müraciət
      Elektron xidmətlər
      Sual - cavab
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      © 2023 Dövlət İmtahan Mərkəzi
      • Вконтакте
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Google Plus