İmtahanda 70 nəfər iştirak edib
2021-ci il oktyabrın 2-də DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun SAT imtahanı təşkil olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahanda ümumilikdə 70 nəfər iştirak edib. İştirakçılardan 1 nəfər əcnəbi olub.
Növbəti SAT imtahanlarının 2021-ci il dekabrın 4-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar:
http://dim.gov.az/activities/exams/sat/