İmtahanlarda iştirak etmək üçün qeydiyyat 2021-ci il bu gün saat 23:59-dək davam edəcək.
Bu müddət ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı (kabineti olmayanlar) və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2021-ci il 19 dekabrda, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə 20 dekabrda keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə 2021-ci il 25 dekabr tarixindən etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.