Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2021-ci il dekabrın 19-da keçiriləcək.
İddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər:
İddiaçılar buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü iddiaçılar tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.