Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılmış işçi qrupu informatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramını hazırlayıb. Proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilmiş mövzular daxil edilib.
2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər.
Qəbul proqramı ilə verilmiş keçidlərdə (Azərbaycan və rus dillərində) tanış ola bilərsiniz.
İmtahan modelinə uyğun hazırlanmış tapşırıq nümunələri ilə verilmiş keçidlərdə (Azərbaycan və rus dillərində) tanış ola bilərsiniz.