Dövlət İmtahan Mərkəzi tərəfindən 28 yanvar 2022-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsi“ mövzusunda təlim keçirilib. Təlimin növbəti mərhələsi fevralın 1-də təşkil olunacaq.
Təlimlər “İnsan resurslarının idarə edilməsi”, “Əmək qanunvericiliyinin tətbiqi”, “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri” mövzuları üzrə mart ayının əvvəlinədək davam edəcək.