2022-ci il mayın 7-də DİM-in Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299 ünvanında yerləşən inzibati binasında SAT imtahanı təşkil olunub.
İmtahanda 1 əcnəbi olmaqla, ümumilikdə 104 nəfər iştirak edib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub.
Növbəti SAT imtahanlarının 2022-ci il avqustun 27-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar: http://dim.gov.az/activities/exams/sat/