Struktur bölmənin adı: İnformasiya texnologiyaları şöbəsi
Vəzifənin adı: aparıcı məsləhətçi
Təhsilə dair tələb: ali təhsil
İş təcrübəsinə dair tələb: MSSQL Server 2008-2019 verilənlər bazasının administrasiyası sahəsində ən azı 2 il iş təcrübəsi
Qulluq funksiyaları:
- Verilənlər bazasına mütəmadi xidmətin göstərilməsi;
- Verilənlər bazası serverlərinin monitorinqinin təmin edilməsi və aparılması;
- Verilənlər bazasının təhlükəsizliyi siyasətinin idarə edilməsi;
- Məhsuldarlığa nəzarət, verilənlər bazasının ayarlarının optimallaşdırılması;
- Sorğuların optimallaşdırılması üzrə proqram müəllifləri ilə qarşılıqlı əlaqə (məhsuldarlıq, statistika, indekslər və jurnalların təhlili);
- Verilənlər bazasının işində baş verən xətaların təhlili və aradan qaldırılması, kilidlərin operativ təhlili;
- Verilənlər bazalarında yüksək əlçatanlıq və məhsuldarlığın təmin edilməsi (Always On);
- Verilənlər bazasının ehtiyat nüsxələrinin yaradılması və bərpası sistemlərinin istismarı.
Dil biliklərinə dair tələblər:
-
ingilis dili orta səviyyədə
-
rus dili orta səviyyədə
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər kadrlar uçotunun şəxsi vərəqəsini mövzu bölməsində “ İşə qəbul ” qeyd olunmaqla k.sheykhov@dim.gov.az elektron poçt ünvanına 31 may 2022-ci il tarixədək göndərə bilərlər. Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.
Qeyd: MSSQL Server 2008-2019 verilənlər bazasının administrasiyası üzrə sertifikatı olan namizədlərə üstünlük veriləcək.