2022-ci ilin ikinci yarısı və 2023-cü ilin birinci yarımilində Dövlət İmtahan Mərkəzində (DİM) keçiriləcək SAT imtahanlarının tarixləri məlum olub.
SAT imtahanları ABŞ-ın ETS (Educational Testing Service - Təhsildə Qiymətləndirmə Xidməti) təşkilatının dəstəyi ilə College Board (Ali təhsilə qəbul Şurası) tərəfindən hazırlanır və dünyanın müxtəlif ölkələrində olan test mərkəzlərində keçirilir.
İmtahan tarixləri:
- 27 avqust 2022-ci il
- 1 oktyabr 2022-ci il
- 3 dekabr 2022-ci il
- 11 mart 2023-cü il (kompüter əsaslı)
- 6 may 2023-cü il (kompüter əsaslı)
- 3 iyun 2023-cü il (kompüter əsaslı)
Qeyd edək ki, 2023-cü ildən etibarən SAT imtahanları kağız daşıyıcılar deyil, kompüter vasitəsilə keçiriləcək.
İmtahan tarixləri DİM-in saytının “Təqvim” bölməsinə əlavə olunur. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunur.
SAT ilə yanaşı DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı keçiddən məlumat əldə edə bilərsiniz.