Dövlət İmtahan Mərkəzində 26 noyabr 2022-ci il tarixindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına dair Azərbaycan dili, riyaziyyat, ingilis dili, informatika, kimya, fizika, biologiya, coğrafiya və tarix fənləri üzrə iki aylıq hazırlıq kursları fəaliyyətə başlayır.
Kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak edəcəklər.
Hazırlıq kursları Azərbaycan dili, ingilis dili, informatika, kimya, coğrafiya və tarix fənləri üzrə DİM-in əsas inzibati binasında (Akademik Həsən Əliyev küçəsi, 299) əyani, riyaziyyat, fizika, biologiya fənləri üzrə isə onlayn formada “Zoom” platforması vasitəsilə keçiriləcək. Regiondan olan iştirakçılar üçün kurslar bütün fənlər üzrə "Zoom"la onlayn olacaq.
"Zoom" linki iştirakçıların elektron poçt ünvanına göndəriləcək.
Hazırlıq kurslarının qrafiki
Fənnin adı |
Həftənin |
Başlanma |
İngilis dili |
Bazar ertəsi |
14:00 |
İnformatika |
Bazar ertəsi |
14:00 |
Azərbaycan dili |
Bazar ertəsi |
15:00 |
Kimya |
Çərşənbə |
08:30 |
Tarix |
Cümə axşamı |
13:00 |
Coğrafiya |
Cümə |
11:00 |
Fizika (onlayn) |
Şənbə |
10:00 |
Biologiya (onlayn) |
Bazar |
09:00 |
Riyaziyyat (onlayn) |
Bazar |
16:00 |