2022-ci il 18 noyabr tarixində Dövlət İmtahan Mərkəzinin Psixoloji iş və maarifləndirmə sektorunun böyük məsləhətçisi Sevinc Məmmədova tərəfindən “Tədris prosesində motivasiya” mövzusunda vebinar keçirilib.
Vebinar çərçivəsində motivasiyanın tərifi, quruluşu və növləri, motivasiyanın formalaşması zamanı yol verilən səhvlər və onların aradan qaldırılma yolları haqqında iştirakçılara məlumat verilib.
Vebinar zamanı şagird, tələbə, valideyn və müəllimlər üçün tövsiyələr verilib və iştirakçıların sualları cavablandırılıb.
Nəzərinizə çatdırmaq istərdik ki, “Tədris prosesində motivasiya” e-psixoloq.az platformasının üçüncü vebinarıdır. Ötən görüşlərin iştirakçılarının rəyləri və müraciətləri əsasında bu və digər mövzularda vebinarların keçirilməsi davam etdiriləcək.
Vebinarlar haqqında məlumat almaq istəyən şəxslər e-psixoloq.az saytına müraciət edə və psixoloq@dim.gov.az elektron poçtuna yaza bilərlər.